Britaniya parlamenti Çini krallıq üçün təhlükə adlandırıb.
“Komitə Çin Kommunist Partiyasının fəaliyyətini Böyük Britaniya və onun maraqlarına təhdid kimi tanıyır”, – bəyanatda deyilir. Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, Partiyanın fəaliyyətinin Britaniyaya qarşı aqressiyanın artması ilə xarakterizə olunduğu vurğulanır.
London, Tayvanı qorumaq da daxil olmaqla, təcavüzkarların qarşısını almaq üçün müdafiəsini gücləndirməklə qarşıdurma diplomatiyasını inkişaf etdirməyə təşviq edilir. Sənəddə deyilir ki, ada krallığın mühüm müttəfiqi və tərəfdaşıdır, ona görə də Londonun onunla çiyin-çiyinə dayanması lazımdır və Tayvanın öz müqəddəratını təyinetmə hüququna xələl gətirmək cəhdlərinin qəbuledilməz olduğunu açıq şəkildə ifadə edir.
Qeyd edək ki, komitənin hesabatında hökumət Tayvanı dəstəkləmək üçün kifayət qədər cəsarətli olmadığı üçün tənqid edilib. Bundan əlavə, sənəd Pekinin hərbi hərəkətlərini və adanın iqtisadi blokadasını məhdudlaşdırmaq üçün müttəfiqlərlə birlikdə sanksiyaların hazırlanmasını tələb edir.
Havar Şəfiyeva




