Avropa.info-nun məlumatına görə, Kaufman “İngilis hökuməti Fələstini tanımaqdan qorxaqca boyun qaçırdı” deyib.
Kaufman Fələstin dövlətinin tanınmasına dair düzəlişin parlamentdə qəbul edilməsinin isə İngilis ictimaiyyətində Fələstinə qarşı artan dəstəyin göstəricisi olduğunu bildirib.
1970-ci ildən bu yana deputat olan İşçi Partiyasının üzvü İngilis hökumətinin Fələstinin dövlət kimi tanımasını daha əvvəl müzakirə etmək istəmədiyini bildirib. Bu səbəblə əlavənin ancaq parlamentdə müzakirə olunduğunu dilə gətirib.
Düzəlişin parlamentdə qəbul edilməsinin çox vacib olduğunu qeyd edən Kaufman belə deyib:
“İngiltərə hökuməti Fələstin dövlətini tanıyarsa, rəsmi tanıma həyata keçəcək. Hökumət Fələstin dövlətini tanımaqdan qorxaqca qaçdı.
Bu utancvericidir. Müxalifətdəki Fəhlə Partiyası da Fələstini tanımaq üçün təqdim olunan dəyişikliyə dəstək verib”.




