İngiltərə Premyer Liqasında əvəzetmə sayı dəyişdirilə bilər.
Klublar yenidən 5 əvəzetməyə icazə verilməsinə nail olmaq istəyir.
Bu məsələ iyundan klubların ümumi yığıncağında müzakirə ediləcək. Bundan əvvəl klubların kapitanları da məsələ ilə bağlı fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, 5 əvəzetməyə 2020-ci ildə çempionat bərpa olunandan sonra icazə verilib. Bu qayda 2021/22 mövsümündən qüvvədə deyil.






