Böyük Britaniya Ukraynaya yarım milyard dollarlıq əlavə kreditlər verməyə hazırdır.
Elchi.az xəbər verir ki, bu barədə ştatın maliyyə naziri Ceremi Hantın bəyanatına istinadən “Sky News” telekanalı bildirib.
Kreditlər iqtisadi ehtiyaclara, o cümlədən sosial cəhətdən həssas vətəndaşlara dəstək, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların saxlanması və s. üçün nəzərdə tutulub.
Nəticədə, bu il Britaniyanın Ukraynaya verdiyi kreditlərin məbləği bir milyard dollar təşkil edəcək. Böyük Britaniyanın Ukraynaya xüsusi hərbi əməliyyat başlayandan sonra ayıracağı kredit yardımının ümumi məbləği 8 milyard dolları keçəcək.
Yeganə






