Londonda yerləşən QHT Evsizlik Muzeyinin hesabatına görə, İngiltərə və Uelsdə hər 6,5 saatdan bir evsiz bir insan ölür.
Elchi.az xəbər verir ki, keçən il 1313 nəfərin küçədə həyatını itirdiyi bildirilib.
Hesabatda bu rəqəmin 2019-cu ildəki ölümlərdən 85 faiz, 2021-ci ilə nisbətən isə 20 faiz çox olduğuna diqqət çəkilib.
Hesabatda bəzi şəhər idarələri və rayon bələdiyyələrinin rəqəmlərlə bağlı kifayət qədər dəstək vermədiyi üçün ölənlərin sayının daha çox ola biləcəyi vurğulanıb, ölümlərə səbəb kimi sağlamlıqdakı kəsilmələr və narkomaniya ilə mübarizə göstərilib. Həmçinin hesabatda ölümlərin 36 faizinin narkotik və alkoqol asılılığı, 10 faizinin isə intihar olduğu bildirilib.
Hesabatda 2022-ci ildə həyatını itirən evsizlərin sayının Londonda 295, Qlazqoda 50, Liverpulda 25 olduğu paylaşılıb.
Yeganə






