Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) bu gün 2022-ci il üçün yoluxucu cinsi xəstəliklərin statistikasını dərc edərək, bu xəstəliklərdə əvvəlki illə müqayisədə əhəmiyyətli artım olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, UKHSA, bu gün açıqladığı 2022-ci il cinsi yolla keçən infeksiyalar statistik hesabatında süzənək xəstəliyinin 2022-ci ildə yüzdə 50,3 artdığını qeyd edib və bunun qeydlərin başladığı 1918-ci ildən bəri ən yüksək diaqnoz olduğunu vurğulayıb. Hesabatda həmçinin bildirilir ki, 2022-ci ildə 8692 nəfərə sifilis diaqnozu qoyulub ki, bu da İkinci Dünya Müharibəsindən bəri ən yüksək göstəricidir.
UKHSA bəyanatında aşağıdakı açıqlamaları verib:
“2022-ci ildə süzənək diaqnozlarının sayı qeydiyyat başlanandan bəri qeydə alınan ən yüksək illik rəqəmdir və sifilis diaqnozlarının sayı 1948-ci ildən bəri qeydə alınan ən yüksək illik rəqəmdir.”
UKHSA hesabatında vurğulanır ki, süzənək hər yaşda olan insanlar arasında artmaqdadır, lakin ən yüksək artım 15-24 yaş arası gənclərdir. Cinsi yolla keçən başqa bir xəstəlik olan xlamidiya əvvəlki ilə nisbətən 24,3% artıb.
Nuranə Məmmədova





