"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İnqilabın başında duran şəxslərdən biri də Gürcüstan prezidentidir”

09 Mart 2023 - 10:48
in MANŞET, SİYASƏT

Qüdrət Həsənquliyev: “Salome Zurabaşvilinin üzərində Fransanın böyük təsiri var”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“Azərbaycan heç kimdən icazə almadan dövlət sərhədlərimizə nəzarəti və Qarabağ üzərində dövlət suverenliyini bərpa etməkdə qərarlıdır”

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:

– Qüdrət bəy, Gürcüstanda baş verənləri şərh etməyinizi istərdik. 2018-ci ildə Ermənistanda baş vermiş məxməri inqilabın Gürcüstanda təkrarlanması mümkündürmü?

– Ermənistanda məxməri inqilab ona görə baş verdi ki, Rusiya baş nazir Sarkisyana güc tətbiq etməyə icazə vermədi. Geniş xalq kütlələri bunu başa düşdü və küçələrə axışdı. Gürcüstanda isə İvanaşviliyə belə bir qadağa qoyulmayıb və qoyulmayacaq. Xalq da bunu bildiyindən aksiyalara kütləvi şəkildə qoşulmur.

– Hökumət aksiyalardan yayına bilərdimi?

– Əlbəttə. Böyük siyasətdə emosiyalara yer olmamalıdır. Saakaşvilinin müalicəyə buraxılmaması böyük səhvdir və bu səhvi düzəltmək lazımdır.

– Məxməri inqilab baş tutarsa, bu Azərbaycanın xeyrinə olar, yoxsa ziyanına?

– Biz qonşularımızla hər zaman dostluq və əməkdaşlığın tərəfdarı olmuşuq. Həm də Gürcüstanın böyük bir hissəsində azərbaycanlılar yaşayır. İstərdik ki, orda proseslər dinc və Konstitusiya çərçivəsində inkişaf etsin. Gürcüstanın indiki prezidenti Salome Zuravaşvili Fransa diplomatı olub və onun üzərində Fransanın böyük təsiri var. İnqilabın başında duran şəxslərdən biri də odur. Gürcüstanda fransayönlü bir hakimiyyət qurularsa, onun Azərbaycanla münasibətlərə mənfi təsiri mümkündür, baxmayaraq ki, Gürcüstanın həyati mənafeləri tələb edir ki, Azərbaycan və Türkiyə ilə dostluq etsin.

– Qarabağda baş verənlər barədə nə deyərdiniz?

– Azərbaycan heç kimdən icazə almadan dövlət sərhədlərimizə nəzarəti və Qarabağ üzərində dövlət suverenliyini bərpa etməkdə qərarlıdır. Ermənilər bunu nə qədər tez anlasa, bölgəyə sülh bir o qədər tez gələr. Hazırda əlverişli şərait yaranıb və Azərbaycan hökuməti bu imkanı əldən verməməlidir. Hər gün Ermənistana və seperatçılara təzyiq artırılmalı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin alternativinin olmadığı onlara başa salınmalıdır. Ermənistan başa düşməlidir ki, onun inkişafı və vətəndaşlarının rifahı Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Azərbaycan dövlət suverenliyimizə qarşı yönələn hər cür təzyiqi bundan sonra da qətiyyətlə rədd etməlidir.

– Rusiyanın sülh prosesində rolunu necə qiymətləndirisiniz?

– Təəssüf ki, Rusiyanın fəaliyyəti ilə əlaqədar bizi narahat edən edən ciddi məsələlər var. Rusiyanın erməni xalqına rəğbəti varsa Ermənistana təzyiq etməlidir ki, Azərbaycana münasibətdə təcavüzkar siyasətindən imtina etsin, seperatizmi dəstəkləməsin. Bu zaman ola bilsin ki, erməni faşistləri bundan narazı qalsın, amma az bir müddət sonra, erməni xalqı buna görə Rusiyaya hər zaman minnətdar olacaq. Həm də təkcə erməni xalqı yox, Azərbaycan vətəndaşları da, Türkiyə dövləti də. Bu isə bölgədə inkişafa və daha sıx inteqrasiyaya, təhlükəsizliyə yol açacaq. Proseslərin qansız inkişafı üçün Rusiya ilə intensiv qaydada işləməkdə davam etməliyik.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zelenski: Ukrayna Qərb silahlarından istifadə etməyəcək

Next Post

Makkarti Zelenskinin dəvətini rədd edib

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
Makkarti Zelenskinin dəvətini rədd edib

Makkarti Zelenskinin dəvətini rədd edib

Rusiyadan çox Avropa dövlətləri Cənubi Qafqaza maraq göstərir

Rusiyadan çox Avropa dövlətləri Cənubi Qafqaza maraq göstərir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.