"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İnsanlar 80 km boyu əl-ələ düzülüb “zəncir” oldular”:SSRİ necə diz çökdürüldü?-VİDEO-FOTO

19 Yanvar 2017 - 16:39
in XƏBƏR LENTİ
“Azadlıq Salnaməsi”ndə Bünyamin Qəmbərli danışır…

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

bunyamin

1989-cu ildə baş verən 31 dekabr “Sərhəd Hərəkatı” haqqında axtarışlarımız davam edir. “Azadlıq Salnaməsi”ndə Nemət Pənahlı ilə Ramiz Tağıyevin müsahibələrindən sonra şəxsən mənim üçün maraqlı mənzərələr meydana çıxdı. Məlum oldu ki, “Sərhəd Hərəkatı”nı yalnız bu iki hərəkatçının üzərində qurmaq düşüncəmiz həm də bilgisizlikdən irəli gəlirmiş. Naxçıvanda həmin günlərdə böyük və irimiqyaslı hadisələr baş veribmiş və biz bu haqda Bünyamin Qəmbərlinin daha ətraflı məlumatlar ala bildik.

SSRİ imperiyası ilə qarşı-qarşıya qalan xalqın nəyə qadir olduğunu bir daha Bünyamin bəyin çıxışlarından eşitdik. Bəzən duyğulandıq, bəzən kövrəldik, bəzən hisslərimizə hakim ola bilmədik. Çarəsiz və silahsız qalan nəhəng bir millət nələrə qadirmiş, ilahi.

Əvvəlki müsahiblərimizdən fərqli olaraq Bünyamin Qəmbərli daha çox informasiya dolu idi. Onun təqdimatında Naxçıvanda baş verən hadisənin miqyasını və böyüklüyünü təsəvvür etmək mümkündür. Pillə-pillə hədəfə doğru gedən bir marafon yarışı olub sanki. Əvvəlcə mitinqlər təşkil olunub. SSRİ-nin mərkəzi hakimiyyətinin və sərhədçilərin susqunluğunu görən hərəkatçılar daha da ürəkləniblər. Bu dəfə dekabrın 12-də daha bir mitinq keçiriblər və sonra qərar veriblər ki, ayın 19-dan – 1 həftədən sonradan oturaq aksiyalara başlanılsın. Naxçıvanın önəmli yaşayış məkanlarının zirvələrində Dədə Qorqud dastanlarında olduğu kimi böyük tonqallar yandırmaq və Cənubda yaşayan soydaşlarımızla həmrəylik ifadə etmək haqqında da ilk dəfə idi eşidirdim. İnsanlarımız tam mütəşəkkil qaydada milli birlik içində olanda qarşısında imperiyalar dayana bilmirmiş. Bunu bir daha eşidir, öyrənir, şahid oluruq.

bunyamin-evez

Nehrəmdə və Naxçıvanın bir çox məkanlarında – sərhəddə yaxın yerlərdə çadırların qurulması və uzun müddət – 1989-cu ilin dekabrın 19-dan 1990-cı ilin yanvarın 3-nə qədər həmin çadırlarda dövlət qurumu kimi mübarizə aparılması, sərhədlərin sökülməsinin qaranquşu olub həm də. Eynilə Bakıdakı kimi, Bünyamin bəyin dediklərindən belə çıxır ki, hətta 1988-ci ilin Meydan Hərəkatının mitinqləri qədər mütəşəkkil mitinqlər keçirilib və o mitinqlər və çadırlar dövründə hamının yüksək səviyyədə yemək-içməyi, bir çoxlarının isə çadırlarda gecələməyi təmin olunub.

Daha bir möhtəşəm aksiya dekabrın 12-də baş verən insan zənciri hadisəsi olub. İnsanlar Azərbaycanı ayıran sərhəd tellərinin qarşısında əl-ələ tutuşub insan zənciri yaradıblar və bu aksiya 160 km-lik sərhəd tellərinin nə az, nə də çox düz yarısını – təxminən 80 km-i əhatə edib. Əzəmətli bir olay! Böyük bir hadisə! Miqyasına görə misli-bərabəri olmayan bir aksiya! Minlərlə insan km-lərlə yan-yana, çiyin-çiyinə, əl-ələ, qol-qola verərək Vətənə sipər olublar, sərhəd boyu düzülüblər, bütün dünyaya mesaj veriblər, hayqırıb birləşmək, azadlıq tələb ediblər. Bu qüvvənin qarşısında dayanmaq olardımı? Olmazdı təbii ki!

Zaman-zaman “bəs niyə SSRİ kimi nəhəng ölkə olanlara göz yumub” deyə sual eşitmişik, özümüz də o suallar haqqında baş sındırmışıq, cavab almaq üçün ünvanlamışıq. Amma əvvəlki deyilənləri, indi də Bünyamin Qəmbərlini diqqətlə dinlədikcə bu sualın cavabı öz-özünə aydın olur. Hər şey öz-özünə çözülür.

1989-cu ildə millət yumruq kimi birləşmişdi və ölümünə mübarizə apararaq ölümə hazır idi! O zaman azərbaycanlılar ölümün gözlərinin içinə dimdik dayanıb baxa bilirdilər. Onlar ölümə hazır idilər və toplu halda ölə bilərdilər öz məqsədləri uğrunda. Necə ki, bir neçə gün sonra – 20 yanvar 1990-cı ildə ölə bildilər. Bax, o səbəbdən sovet ordusu da, SSRİ də xalqla, ayağa qalxıb azadlığını tələb edən millətlə başqa cür danışa bilmədilər. Ən vacib və önəmli səbəb bu olmalı idi və inanıram ki, belə də idi!

bunyamin1

Bünyamin Qəmbərli danışarkən bəzən hisslərinə hakim ola bilmədi. Gözləri doldu-boşaldı. Bəzən bu məqamlarda mən də özümü onun dediklərinin fonunda hiss etdim. Mən də qəhərləndim. Təkcə ona görə yox ki, biz müqəddəs olan bir tarixi hadisədən danışırdıq, həm də ona görə ki, o millətin – əyilməyən, sovet ordusunun qarşısından geri çəkilməyən, dünyanın iki böyük dövlətinin sərhədlərini söküb yerlə-yeksan edən həmin o millətin övladı idik. Bizi düşündürən və qəhərləndirən həm də o idi ki, axı hara getdi, nə oldu o millətə?! Niyə belə olduq?!

Bütün hallarda Bünyamin Qəmbərli ilə “Azadlıq Salnaməsi”ndə bu söhbət çox önəmli və maraqlı oldu. Nə tonqal qalanması, nə insan zinciri, nə çadırlarda günlərlə gecələyib sərhəd tellərini açmaq haqqında hazırlıq haqqında digər qonaqlarımız danışmamışdı. Hələ Bünyamin bəyin haqqında danışdığı “gizli təşkilat”lar çox maraqlı idi. O, ayrıca bir araşdırmanın və söhbətin mövzusu olsa da, “gizli təşkilat”lar mövzusu da bizim üçün yeni idi.

Bünyamin Qəmbərlinin “Azadlıq Salnaməsi”ndə yeniliklərlə dolu olan bu müsahibəsini yayınlayırıq və inanırıq ki, siz də bəyənəcəksiniz. Qərar vermək Sizin işinizdir, əziz Oxucu-tamaşaçılar! Gözlərinizə sağlıq…

bunyamin-evez2

Əvəz Zeynallı

 

 

1989-cu il dekabrın 31-də çəkilən və tarixə sirdaş olan şəkillər:

 

serhed serhed1 serhed2 serhed3 serhed4 serhed5 serhed6 serhed7 serhed8 serhed9 serhed10 serhed11 serhed12 serhed13 serhed14 serhed15 serhed16 serhed17 serhed18 serhed19 serhed20 serhed21 serhed22 serhed23 serhed24 serhed25 serhed27 serhed28 serhed29 serhed30 serhed31 serhed32 serhed33 serhed34 serhed35 serhed36 serhed37 serhed38 serhed39 serhed40 serhed41 serhed42 serhed43 serhed44 serhed45 serhed46

Strateq.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlqar Qasımov təkzib edi:“AŞPA üzvlərinə müraciətə mən imza atmamışam”

Next Post

Əli Həsənov: “Heydər Əliyev sübut etdi ki…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Əli Həsənov: "Heydər Əliyev sübut etdi ki..."

Azərbaycanda nəhəng park salınır - Sahəsi 100 min hektar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.