Dünyada havanın çirklənməsindən ən çox əziyyət çəkənlər Asiya və Afrikada yaşayan insanlardır. Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutunun tədqiqatçıları illik Hava Keyfiyyəti İndeksində planetin ən təhlükəli havası olan yerləri adlandırıblar. Elchi.az bu barədə Ria Novostiyə istinadən xəbər verir.
Mütəxəssislər atmosferdə “PM 2.5” hissəciklərinin konsentrasiyasını qiymətləndirərək müəyyən ediblər ki, Banqladeş, Hindistan, Pakistan, Çin, Nigeriya və İndoneziyada yaşayan insanlar həyat və sağlamlıqları üçün ən çox risk altındadırlar.
Tədqiqatçıların fikrincə, Cənubi Asiyada “PM2.5” səviyyələri 2013-cü ildən bəri demək olar ki, 10 faiz artaraq regionda gözlənilən ömür müddətini təxminən beş il azaldıb.
“EPIC” qeyd edib ki, hələlik problemin həllində yalnız Çin irəliləyiş əldə edir – orada çirklənmə səviyyəsi xeyli azalıb, lakin hələ də Ümumdünya Səhiyyə Təşkilatının icazə verilən dəyərlərindən yüksək olaraq qalır. Bunun fonunda 2013-cü ildən ölkədə orta ömür 2,2 il artıb.
Havar Şəfiyeva






