"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İnsanları daha çox aparıcıların efirdə dili normalarını kobud surətdə pozması narahat edir”

06 Noyabr 2018 - 10:42
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

İnsanları daha çox narahat edən məsələlərdən biri, efirdə rəsmi dövlət dili olan Azərbaycan dilinin leksik və qrammatik normalarının aparıcılar tərəfindən tez-tez, həm də kobud surətdə pozulmasıdır.

Elchi.az report-a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurası sədrinin müavini, tarix elmləri doktoru, əməkdar jurnalist Qafar Cəbiyev “Xalq qəzeti”ndə dərc olunan məqaləsində bildirib.
“Bu sahədə vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hələ 2012-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Elektron Mediyaya Yardım Fondu İctimai Birliyinin layihələri əsasında davamlı olaraq teleradio yayımçılarının monitorinqləri aparılmış, Nəsimi adına Dilçilik İnstitutu və BDU-nun dilçilik kafedralarının əməkdaşları tərəfindən aşkar edilmiş pozuntu faktları medianın iştirakı ilə Teleradio Şurası tərəfindən geniş müzakirə olunmuşdur. Ədalət naminə deməliyik ki, bütün bunların nəticəsi olaraq efirdə Azərbaycan dilinin leksik və qrammatik normalarına əməl olunması istiqamətində hissolunacaq dərəcədə irəliləyişə nail olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzalamış olduğu 1 noyabr 2018-ci il tarixli fərmanda qeyd olunduğu kimi, “Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azadılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”, – o bildirib.
MTRŞ rəsmisinin sözlərinə görə, “Prezident fərmanında dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında “Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması nəzərdə tutulur. Bu fərman bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan dövləti Azərbaycan xalqının arzu və istəklərinə uyğun olaraq çoxəsrlik tarixi olan milli-mənəvi dəyərlərimizin, o cümlədən milli sərvətimiz olan dilimizin saflığının qorunması və dövlət dilindən istifadənin getdikcə daha artıq təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar artmaqdadır. Təbiidir ki, cənab Prezidentin təşəbbüsü ilə görülən bu işlər bütövlükdə Azərbaycan ictimaiyyəti tərəfindən minnətdarlıq hissi ilə qarşılanmaqdadır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan ərəb ölkələrinə quşçuluq məhsullarının ixracını artıracaq

Next Post

Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var

Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var

“Mən verdiyimdən daha çox vəd yerinə yetirmişəm” – Tramp

“Mən verdiyimdən daha çox vəd yerinə yetirmişəm” – Tramp

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.