Amerikalı elektron qurğular istehsalçısı “İntel” İsraildə fabrik tikmək üçün 25 milyard dollar xərcləmək niyyətindədir,.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə İsrail Maliyyə Nazirliyindən bildirilib.
Maliyyə naziri Betzalel Smotriç və büdcə komissarı Yogev Herdos İsrailin Baş naziri Benyamin Netanyahu və İqtisadiyyat naziri Nir Barkata bildiriblər ki, “İntel “və İsrail Maliyyə Nazirliyinin büdcə şöbəsinin mütəxəssisləri arasında uzunmüddətli danışıqlar uğurla başa çatıb və prinsipial razılaşmalar əldə olunub.
“İntel”-in bu investisiya proqramı zamanı ortadan yuxarı əmək haqqı qazanacaq minlərlə əlavə işçini işə götürəcəyi gözlənilir. Bundan əlavə, şirkətin dövlətə ödəyəcəyi vergi dərəcəsinin indiki 5 faizdən 7,5 faizə qədər əhəmiyyətli dərəcədə artırılması barədə razılıq əldə olunub.
Baş nazir Netanyahu İsrailə ən böyük xarici investisiyanı alqışladığını və bunun İsrail iqtisadiyyatı üçün böyük bir nailiyyət olacağını açıqlayıb.
Yeganə





