"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İnternat tipli liseylərə qəbul meyarları müəyyənləşdi

22 Noyabr 2022 - 21:49
in TƏHSİL

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na dəyişiklik edib.

Bunu da oxuyun

Bakı məktəbindən nümunəvi addım

DİM imtahanlarla bağlı məlumat yaydı

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Elchi.az xəbər verir ki, qüvvədə olan qərara əsasən, ümumtəhsil internat məktəbi üzrə meyarlar sırasına təhsilalanların aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələri əhatə etməsi daxil idi.

Dəyişikliyə əsasən, bu meyarın əhatə dairəsi genişləndirilir. Təhsilalanların məktəbə qəbul tarixinə aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə etməsi nəzərdə tutulur:

– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olan uşaqlar;

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

– hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan uşaqlar:

– orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

– işsiz kimi qeydiyyatda olanlar;

– əmək pensiyası yaşına çatanlar;

Dəyişikliyə əsasən, ümumi tipli ümumtəhsil internat məktəblərinə şagirdlərin valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə, sanator tipli ümumtəhsil internat məktəblərinə isə uşaq poliklinikalarının nəzdində təşkil edilmiş ixtisaslı həkim komissiyalarının rəyinə əsasən qəbul olunması və şagirdlərin sağlamlığının qorunması, tələb olunan hallarda onların müalicəsinə dair tədbirlərin görülməsi üçün ciddi sanitar-gigiyena rejiminin yaradılması ilə bağlı meyarlar isə ləğv edilib.

Eyni zamanda qərara əsasən, internat tipli lisey üzrə meyarlar müəyyənləşir.

İnternat tipli lisey üzrə meyarlar aşağıdakılardır:

– ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

– tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

– müvafiq təmayüllər (humanitar, texniki, təbiət və digər) üzrə tədrisin təşkil edilməsi;

– istedadlı şagirdlərin müsabiqə yolu ilə müəyyənləşdirilərək internat tipli liseyə qəbul edilməsi;

– fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların internat tipli liseyə müsabiqədənkənar qəbul edilməsi;

– istedadlı şagirdlərin yerli və beynəlxalq fənn

olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

– ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

– şagirdlərin yataqxana və yeməklə təmin olunması.

Həmçinin, internat tipli gimnaziya üzrə meyarlar müəyyənləşib.

İnternat tipli gimnaziya üzrə meyarlar aşağıdakılardır:

– ümumi təhsilin ümumi orta və tam orta təhsil

səviyyələrini əhatə etməsi (incəsənət və idman-şahmat yönümlü internat tipli gimnaziyalar istisna olmaqla);

– incəsənət və idman-şahmat yönümlü internat tipli gimnaziyalarda ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

– tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

– müvafiq təmayüllər (əsasən humanitar) üzrə tədrisin təşkil edilməsi;

– əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən təhsilalanların müsabiqə yolu ilə müəyyənləşdirilərək qəbul

edilməsi;

– fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların internat tipli gimnaziyaya müsabiqədənkənar qəbul edilməsi;

– istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması;

– ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi;

– şagirdlərin yataqxana və yeməklə təmin olunması.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vladimir Putin İlham Əliyevə zəng edib

Next Post

Rusiya Ukrayna ssenarisini Qarabağa daşıyır – VİDEO

Bənzər yazılar

Bakı məktəbindən nümunəvi addım

Bakı məktəbindən nümunəvi addım

02 May 2024 - 18:17

30 aprel tarixində "Cığır" MDİD ictimai birliyi dövlətçilik siyasətinə və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa hədəflənmiş növbəti...

DİM imtahanlarla bağlı məlumat yaydı

DİM imtahanlarla bağlı məlumat yaydı

02 May 2024 - 15:30

Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. DİM-dən  Elchi.az-a bildirilib ki, imtahanlar...

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

22 Aprel 2024 - 19:31

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək. Elchi.az xəbər verir ki, bu...

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

18 Aprel 2024 - 13:21

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Elchi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Next Post
Rusiya Ukrayna ssenarisini Qarabağa daşıyır – VİDEO

Rusiya Ukrayna ssenarisini Qarabağa daşıyır - VİDEO

“Mançester Yunayted” Ronaldu ilə müqaviləyə xitam verib

"Mançester Yunayted" Ronaldu ilə müqaviləyə xitam verib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.