"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İnternet porbleminin əsl səbəbi – “Delta Telekom”un rəhbəri danışdı

30 Noyabr 2015 - 08:59
in XƏBƏR LENTİ

Nəhayət bir həftədir ki, gözlədiyimiz sensasiya. Azərbaycanı internet uçqununa salan virtual qara noyabrın səbəbləri barədə.

Ötən həftə sizə söz vermişdik ki, 5 saata yaxın xüsusi vəziyyətdə qalmağımızın səbəbləri barədə məhz bu gün məlumat verəcəyik. “Delta Telekom”un baş direktoru Ramazan Vəliyev müəmmalı hadisəni ən xırda naqilədək bizə izah etdi. Biz əvvəlcə onunla hadisə rayonunu gəzdik. Qara naqillər, hisə batmış divarlar, yanıq iyi az qala kadrlardan bayıra vurur.

– Yanğın baş verən otaqda təmir işləri gedir və orada yeni avadanlıqlar quraşdırılır. Otaqda dövlətə aid avadanlıqlar var və bizim buradakı yüksək amperajlı kabellər yuxarı hissə ilə gedir. Yanğın hadisəsi yuxarı hissədə baş verməyib. Sadəcə olaraq aşağıda baş verən yanğın yuxarı kabelləri zədələyib. Son 2 il ərzində burada heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik bu ilin may ayında dövlət tərəfindən qoyulan bir avadanlıqdır.

– Dövlət deyəndə biz konkret olaraq Milli Təhlükəsizlik Nazirliyinin quraşdırdığı avadanlıqdan danışırıq.

-Bu ərazidə olan avadanlıqların bir hissəsini işlək vəziyyətə gətrimişik. Əsas problemimiz odur ki, zalda olan avadanlıqların üzərinə tüstü qatı hopub və tüstü qatı kömür qatı yaradıb. Ona görə də zalda olan bütün avadanlıqarı kənara daşıyıb, orada yuyub təmizlədikdən sonra, yenidən fəaliyyətə salma işləri ilə məşğuluq.

Yanğın hadisəsi FİBER optik kabellərin olduğu hissədə baş verib. Nəticədə bütün FİBER optik kabellər zədələnib.

Həmin gecə tüstü çox olduğuna görə işləmək, hətta nəfəs almaq mümkün deyildi. Lakin işçilərimiz qəhrəmanlığı nəticəsində problem qısa müddətdə aradan qaldırıldı. 600 cüt FİBER optik kabel gecə ilə digər zala köçürüldü və rezervlər işə salındı.

Problem ondan ibarət idi ki, FİBER optik kabellərin bir birinə calanması, qaynaq olunması tamamilə təmiz mühitdə həyata keçirilməlidir. Əks təqdirdə müəyyən problemlər yaşana bilər.

Bu tüstülü mühitdə dünyanın heç bir ölkəsində texniki işçiyə nə verirsən ver, işləməzdi. Bizim texniki işçilər həqiqətən də böyük qəhrəmanlıq edib, interneti 2-3 saat ərzində bərpa edə bildi.

Əslində hadisələr saat 14 radələrində baş verib. Saat təqribən 17:15, 17:30-da tüstülənmə mənbəyi söndürüldü. Lakin zala girmək mümkün deyildi. Zalda 2 dəqiqədən artıq durmaq mümkün deyildi. Bizim texniki işçilər növbəli iş rejimi ilə (10 dəqiqədən bir işçilər bayıra çıxıb təmiz hava alaraq yenidən geri qayıdır) işləyiblər. Qərar vermişik ki, yanğın olan otaq yeni formada bərpa ediləcək. Bir sıra avadanlıqlar tamam söküləcək, tamamilə təmizlənəcək və bütün testlərdən keçiriləcək.

– Hadisə ilə bağlı cinayət işi qaldırılıb?

-Nazir müavini İltimas Məmmədov elə həmin gün bütün gecə hadisə yerində olub, hətta yanğın başlayandan söndürülənədək, rabitə bərpa edilənə kimi. İkinci gün gecə Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları burada işə başladı, araşdırma apardılar. Eyni zamanda Baş Prokrorluqdan xüsusi istintaq qrupu cəlb olunub.

– Ramazan müəllim, Milli Təhlükəsizlik Nazirliyi dediyiniz avadanlığı hara qoymuşdu?

-Söhbət gedən avadanlıq yanğın olan zalda olub, hazırda o avadanlıqlar demontaj olunub, ondan sonra bizim anbarda yerləşdirilib. Yəqin ki biz o avadanlıqları təhvil verəcəyik. Demontaj edilib anbara qoyduğunuz bu avadanlıqlar təhlükəsizliyimizlə bağlı hansısa risklər yaradır? Tutaq ki o avadanlıq var idi vəziyyət başqa cür idi, indi o avadanlıq yoxdur vəziyyət dəyişib. Əslində həmin avadanlıqlar təkcə “Delta Telecom”da deyil, əməliyyat axtarış fəaliyyəti ilə əlaqədar olaraq bütün rabitə operatorlarında quraşdırılıb.

“Delta Telekom”un baş direktoru Ramazan Vəliyev avadanlıqlarla bağlı təhlükəsizliyimiz üçün bir riskin olduğunu açıqladı.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

https://youtu.be/KMLPtbXZ4GY

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Türkiyə Qarabağda antiterror əməliyyatına başlaya bilər”

Next Post

Nardaran hadisələri ilə bağlı əməliyyat – Tutulanlar var

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Nardaran hadisələri ilə bağlı əməliyyat - Tutulanlar var

Bu gün qar yağacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.