"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İnternetin keyfiyyəti artacaq

29 Dekabr 2014 - 12:32
in XƏBƏR LENTİ
img1668257“Aztelekom” İB-də özəl provayderlərin, Azərbaycan İnternet Forumu və İnternet Cəmiyyətinin iştirakı ilə toplantı keçirilib.
ANS PRESS-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla verdiyi məlumata görə, toplantıda “Aztelekom” İB tərəfindən yaradılan İntellektual İdarəetmə Mərkəzi və “Birgə əməkdaşlıq” layihəsi müzakirə edilib.
Tədbiri giriş sözü ilə “Aztelekom” İB-in baş direktoru Məhəmməd Məmmədov açaraq qeyd olunan məsələlər haqqında qısa məlumat verib. O, regionlarda özəl provayderlərin fəaliyyəti üçün yetərli şərait və “Aztelekom” İB-nin infrastrukturundan güzəştli şərtlərlə istifadə imkanlarının yaradıldığını bildirib.
Güzəştli şərtlərə kabel-kanalizasiya qurğularından və digər rabitə sistemlərindən istifadə imkanlarının da yaradıldığını diqqətə çatdırıb.
M. Məmmədov həmçinin bütün provayderlərə kömək məqsədilə vahid bir servis mərkəzinin də “Aztelekom” tərəfindən yaradıldığını bildirib. O, provayderlərin bu sistemə qoşulmasından sonra ölkə üzrə bütün internet istifadəçilərinə servis xidmətinin operativliyinin və keyfiyyətinin xeyli artacağını qeyd edib.
Baş direktor provayderləri bu şəraitdən və imkanlardan faydalanmağa çağırıb.
Tədbirdə İB-in əməkdaşları R.Tağıyev və F. Cəfərov “Birgə əməkdaşlıq” layihəsi və Multimedia Xidmətlərinin İntellektual İdarəetmə Mərkəzi haqqında geniş təqdimatlar ediblər.
Bildirilib ki, Çağrı mərkəzinin operatoru tərəfindən, sabit və mobil telefondan edilən zənglər, elektron poçtundan göndərilən mesajlar, mobil telefondan göndərilən mesajlar, mobil telefondan göndərilən SMS-lərin hamısı qəbul edilir.
Daha sonra çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ölkə üzrə geniş rabitə infrastrukturuna və imkanlara malik dövlət qurumunun özəl provayderlərə təqdim etdiyi təkliflər kifayət qədər əhəmiyyətlidir. O, bu təkliflərin ölkədə İnternet xidmətləri sahəsində əlçatımlıq və keyfiyyətin artmasına ciddi təsir edəcəyini qeyd edib.
O, xüsusilə keyfiyyətli və operativ servis xidmətinin hazırda problemli olduğunu diqqətə çatdıraraq adı çəkilən İdarəetmə Mərkəzinin yaradılması və özəl provayderlərin bu mərkəzdə birləşməsinin xeyli faydalı olacağını bildirib.
Osman Gündüz özəl provayderlərin regionlarda, xüsusən də kənddə son nöqtəyə internet xidmətləri göstərə bilməsi üçün “Aztelekom” tərəfindən ciddi təminatların yaradılmasının vacibliyini diqqətə çatdırıb. O, özəl provayderlərə “Aztelekom”un yerli qurumlarının daha həssas yanaşmasının da vacib olduğunu bildirib.
Osman Gündüz qurulacaq sistemin daha şəffaf və əlçatan olması üçün ayrıca onlayn resursun da yaradılmasının faydalı olacağını bildirib.
Görüşdə provayderləri maraqlandıran suallar cavablandırılıb və İntellektual İdarəetmə Mərkəzinə baxış olub.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Daha bir nəfər özünü Qız Qalasından atdı

Next Post

Silahlı separatçılar Pervomayskda döyüşə başlayıblar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Silahlı separatçılar Pervomayskda döyüşə başlayıblar

Yunanıstan prezident seçə bilmir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.