"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İntihara cəhdimin çox ciddi səbəbləri var”

05 Dekabr 2014 - 22:36
in CƏMİYYƏT MANŞET
Dekabrın 5-də Səbail Rayon Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsinə qərar verib.img1695953
Qərar Bakı Şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.
Təqdimat isə Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır.
1984-cü təvəllüdlü Tural Mustafayev oktyabrın 20-si axşam paytaxtın Neftçilər prospekti, 133 ünvanında yerləşən “Park Bulvar” ticarət mərkəzinin qarşısında intihara cəhd edib.
O, “siçan dərmanı” adlanan maddəni içərək özünə qəsd etməyə çalışıb. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işinə başlanıb.
Dekabrın 5-də “Media forum” saytı Tural Mustafayevdən müsahibə götürüb:
– Siz “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovadan prokurorluğa şikayət etmisinizmi?
– Hələ istintaq getdiyinə görə bu barədə hər hansı məlumat verə bilmərəm. İstintaq sirrini yaymamaq haqda iltizama qol çəkmişəm. Ona görə də danışa bilmərəm. İstintaq bitəndən sonra geniş məlumat veriləcək.
– Siz oktyabrın 20-də Bakıda intihara cəhd etmisiniz. İntihara cəhdinizlə Xədicə İsmayıldan şikayətiniz arasında bir bağlılıq varmı?
– Bütün bunlar istintaq sirridir.
– Niyə Xədicə İsmayılovadan şikayət etmək qərarına gəldiniz?
– Xahiş edirəm Bakı Şəhər Prokurorluğundan soruşun görün şikayət var, ya yox.
– Sonuncu dəfə prokurorluqda nə zaman olmusunuz?
– Dekabrın 5-də. Açılmış cinayət işi ilə əlaqədar Bakı Şəhər Prokurorluğunda olmuşam.
– Bakı Şəhər Prokurorluğunda kimlə görüşdünüz? Şəhər prokuroru ilə görüşə bildinizmi?
– Zəhmət olmasa, bu sualları istintaq başa çatandan sonra verin. İndiki halda hansısa məlumat almaq istəyirsinizsə, Xədicə xanımın vəkilinə müraciət edin.
– Sizin vəkiliniz varmı?
– Xeyr, yoxdur. Vəkilə ehtiyac duymuram.
– Sizi sıxan nə idi? Niyə intihara əl atmışdınız?
– İstintaq bitəndən sonra bu barədə geniş açıqlama verəcəm. İntihara cəhd etməyimin çox ciddi səbəbləri var.
– Bu səbəblər şəxsi xarakterlidir, yoxsa ictimai?
– İctimaidir.
– Sizi intihara əl atmağa məcbur edən səbəblər aradan qalxıbmı? Problemləriniz həll olunubmu?
– İstintaq başa çatandan sonra geniş məlumat veriləcək.
– “Feysbuk” sosial şəbəkəsində yayılan bəzi məlumatlarda bildirilir ki, Xədicə İsmayılova sizin problemlərinizin həllinə kömək edib, sizə arxa-dayaq durub…
– Mən üzr istəyirəm, istintaq sirri olduğuna görə danışa bilmirəm.
– İntihar cəhdinizdən bir qədər sonra, oktyabrın 30-da “Meydan TV”yə verdiyiniz açıqlamada demisiniz ki, prokurorluq əməkdaşları şəxsi yazışmalarınızı, telefonunuzdakı SMS-ləri götürüb.
– Bəli, istintaq çərçivəsində lazım olan araşdırmalar aparılır.
– Cinayət işinə Xədicə İsmayılovadan da başqa cəlb olunan varmı?
– Yəqin ki, var. Bunu müstəntiq bilir.
– Prokurorluqda Xədicə İsmayılova ilə üzləşmisinizmi?
– İstintaq sirridir. İstintaq bitəndən sonra məlumat veriləcək.
– Sizin özünüzü də həbs edə bilərlərmi?
– Ola bilər.
– Xədicə İsmayılovanı nə zamandan tanıyırsınız?
– 2013-cü ildən.
– Tanışlığınız necə olub?
– Mən də “Azadlıq” radiosunun əməkdaşı olmuşam.
– “Azadlıq” radiosu ilə nə qədər əməkdaşlıq etmisiniz?
– Təxminən 7 ay.
– “Meydan TV” ilə də əməkdaşlıq etdiyiniz deyilir. Belədir?
– Bəli. Üç ay.
– “Azadlıq” radiosuna qədər hansı KİV-lərlə əməkdaşlığınız olub?
– ANS TV və Şəki televiziyası ilə.
– Siz ixtisasca jurnalistsiniz?
– 2005-ci ildə Təfəkkür Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Ali təhsilli jurnalistəm.

 

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şəhid Milli Qəhrəmanın anım mərasimi keçrildi

Next Post

Rusiya azərbaycanlı Mustafadan danışır (VİDEO)

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Rusiya azərbaycanlı Mustafadan danışır (VİDEO)

Rublun ucuzlaşması intim-xidməti də bahalandırıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.