
Günlük həyatımızda imtina edə bilmədiyimiz smartfonlar üçün Afrikada bir çox işçi təhlükəli şəraitdə işləyir.
Musavat.com xəbər verir ki, iPhone və Samsung Galaxy kimi telefonların batereyaları üçün olduqca nadir tapılan “koltan” yataqlarını tapmağa çalışan işçilərin Demokratik Konqo Respublikasında çətin iş şəraitləri görüntülənib.
Qeyd edək ki, dağdakı yataqlarda işləyənlər dərin qazantılar edərək palçıqlı sahələrdən əlləri ilə “koltan” yataqlarını tapmağa çalışır.



