"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İpoteka krediti” fırıldağı – banklar qanunsuz müqavilələr bağlayır…

19 Yanvar 2016 - 10:28
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 “İpoteka krediti” fırıldağı - banklar qanunsuz müqavilələr bağlayır...Ekspert bildirir ki, bəzi bankların əmanətçilərinin hesabına verilən kredit qanunaziddir, heç bir hüquqi qüvvəsi yoxdur…

Bəzi banklar qanunsuz “ipoteka krediti” müqaviləsı bağlayırlar və əmanətçilərin pulunu təhlükə altına qoyurlar. 
Ekspert Əkrəm Həsənov bankların öz hesabına verdiyi kreditlərə aydınlıq gətirib. Onun sözlərinə görə, son dövrdə “Bank VTB”dən dollarla “ipoteka krediti” almış bir çox vətəndaş müracət edib:“Məlumat var ki, bəzi digər bankların da analoji layihəsi var. Amma VTB-də bu layihə kütləvi xarakter daşıyır. Əslində bu layihə ipoteka krediti deyil, çünki ipotekadan əsər-əlamət də yoxdur. Sözügedən ”ipoteka krediti”nin İpoteka Fondunun, yəni dövlətin xətti ilə verilən kreditlərlə heç bir əlaqəsi yoxdur. Bu, sırf VTB-nin öz hesabına, daha doğrusu, bankın əmanətçilərinin hesabına verilən kreditdir. Valyutası, bir qayda olaraq, dollardır. Halbuki ev və ya mənzil yalnız manatla alına bilər. Kredit tikilən binada mənzilin alınması üçün verilir. Tikinti şirkətləri qismində VTB ilə müqavilə bağlamış və H.Zərdabi prospektində bina tikən iki tikinti şirkətindən biri çıxış edir: FEBA MMF və ASP MTK. Təbii, həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı, başqa sözlə, “kupça”sı olmur. Çünki tikilmiş olduqda belə, bina hələlik dövlət komissiyasına təhvil verilməyib. Buna görə də həmin mənzilin ipotekası, girovu da mümkün deyil. “Kupça”sız daşınmaz əmlaka dair ipoteka müqaviləsi bağlamaq olmaz. Lakin VTB həmin mənzili özündə ipotekaya qəbul edilmiş kimi qeyd edir. Bunun üçün iki variantdan birini istifadə edir: ya borclu ilə ipoteka müqaviləsi bağlayır, ya da kredit müqaviləsində borclunun üzərinə gələcəkdə ipoteka müqaviləsi bağlamaq vəzifəsini qoyur, borclu isə bu vəzifəni icra etməyə də bilər. Əslində belə ipoteka müqaviləsi etibarsızdır, onun heç bir hüquqi qüvvəsi yoxdur”.
 
Ekspertin sözlərinə görə, VTB əslində təminatsız kredit verir, lakin bunu elə pərdələyir ki, guya kredit təminatlıdır və təminat qismində də alınan mənzilin ipotekası çıxış edir: “Borclunu da inandırır ki, guya mənzili girovdadır, ipotekadadır. Uzaqbaşı deyir ki, ”krediti tam ödəməyincə tikinti şirkəti sənin “kupça” almağına şərait yaratmayacaq və mənzili əlindən alacaq”. Lakin bu, ağ yalandır, mənzil girovda deyil. Mənzilin dəyəri tikinti şirkətinə tam ödənilib: bir qismini borclu, mənzilin sahibi öz hesabına, bir qismini isə VTB-dən alınmış kredit hesabına. Buna görə də tikinti şirkətinin mənzil sahibinə, bankın borclusuna hər hansı iradı ola bilməz və bina dövlətə təhvil verildiyi andan vətəndaşın “kupça” ala bilməsini təmin etməlidir. Tikinti şirkəti hər hansı şəkildə bankla borclunun münasibətlərinə müdaxilə edərək bankın tərəfini tuta bilməz. Kredit münasibətləri sırf bankla borcluya aiddir. Borclu krediti ödəməsə, VTB borclunu məhkəməyə verib kreditin ödənilməsini tələb edə bilər. Borclunun başqa əmlakı, yaxud özünün və himayəsində olan şəxslərin yaşayış minimumundan artıq gəliri varsa, krediti qaytara biləcək. Əks halda, kredit batacaq. Çünki alınmış mənzil borclunun yeganə mənzilidirsə, ona tutma yönəldilə bilməz. Əgər girov qoyulmayıbsa, yeganə mənzil vətəndaşdan alına bilməz. Sözügedən halda isə alınmış mənzil girov qoyulmayıb.
Beləliklə, VTB-nin krediti hesabına “kupça”sız mənzil almış vətəndaşlar krediti qaytarmasa, bank faktiki olaraq onlara heç nə edə bilməyəcək. Əgər borclunun rəsmi olaraq ikinci mənzili yoxdursa, mənzili də əllərindən ala bilməyəcək. Eyni zamanda bu yolla mənzil almış vətəndaşlar bilsin ki, VTB hər bir halda onları aldadıb. Çünki kreditin təyinatı əmlakın alınması olub. Əmlakın dəyəri manatla ödənilsə də, kredit vətəndaşa nədənsə dollarda verilib. Əslində vətəndaşın əlinə pul heç verilməyib də, VTB tərəfindən birbaşa tikinti şirkətinə köçürülüb, məlum məsələdir ki, dollarla deyil, manatla olub. Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qərarına əsasən, hər hansı əmlakın dəyəri yalnız manatla ödənilməlidir. Bilə-bilə ki, vətəndaşa manat lazımdır, VTB ona krediti dollarla rəsmiləşdirib. Deməli, vətəndaş kredit müqaviləsini aldatma və vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlayıb. Belə müqavilə isə etibarsızdır”.
 
Ə.Həsənovun sözlərinə görə, buna görə də bu vəziyyətdə borclu vətəndaş VTB-yə öz iradəsini tam diqtə edə bilər: “Belə ki, banka müəyyən güzəştlərə getməyi təklif edə bilər: məsələn, borcun cari deyil, əvvəlki məzənnə ilə manata çevrilməsi və sair. Bank buna getməsə, kredit müqaviləsinin etibarsız olması, mənzilinin isə girovda olmamasından istifadə edərək məhkəmə prosesinə başlayaraq VTB-ni darmadağın edə bilər. Bəs VTB niyə belə risk edib? Əlbəttə, nəyin bahasına olursa-olsun, krediti vermək və qazanc əldə etmək üçün. Normal banklar təbii ki, belə riskə getməz. Çünki nəticədə belə kreditlərin böyük hissəsi, bəlkə də hamısı qayıtmayacaq. Amma VTB-dəki bərbad idarəetmə və korrupsion sistem nəticəsində əmanətçilərin pulu ilə belə ağlasığmaz riskə qol qoyulub. Bankın əmanətçiləri pullarının necə riskli idarə edilməsini bilsin və nəticə çıxarsın”.
Ekspert qeyd edib ki, bu halda VTB və digər banklar Mərkəzi Bankın azı 2 normativ sənədini pozub: “”Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” 9.4.5-ci bəndinə əsasən təminatı olmayan istehlak kreditləri ən riskli kredit növü hesab edilir. VTB maliyyə hesabatlarında belə “ipoteka kreditlərini” təminatlı kimi göstərərək sözügedən risk qrupuna aid etmir. Başqa sözlə, maliyyə göstəricilərini olduğundan xeyli yaxşı kimi göstərir. Digər tərəfdən, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın 11-ci bəndinə uyğun olaraq belə kredit ümidsiz hesab edildikdə,ödəniş 120 gündən çox gecikdirildikdə, onun üçün 100 faiz ehtiyat yaratmaq lazımdır. Çünki kredit təminatsızdır. Lakin böyük ehtimalla, VTB krediti təminatlı kimi göstərərək tələb olunduğundan xeyli az ehtiyat yaradır. Qeyd edim ki, bu “ipoteka krediti” mexanizmindən bəzi digər banklar da istifadə edir. Onları da üzə çıxarmaq lazımdır. Onların da borcluları yaranmış vəziyyətdəki üstünlüklərindən istifadə edərək banka öz iradəsini diqtə edə bilərlər”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Obamanı geridə qoydu

Next Post

“Report”: Neftin qiyməti 40 dollar/barelə yüksələ bilər

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Report": Neftin qiyməti 40 dollar/barelə yüksələ bilər

"Manat iqtisadiyyatın güzgüsüdür"- Millət vəkili

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.