"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

14 İyul 2016 - 10:41
in XƏBƏR LENTİ

Bir müddət əvvəl dövlət başçısı tərəfindən verilən yeni fərman ipotekaya ümidləri artırır. Ekspertlər bildirirlər ki, ipoteka fərmanı mənzil bazarına müsbət dəyişiklik vəd edə bilər. Qeyd edək ki, fərmanla ölkədə yeni tikilən, ancaq Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilməsi gecikən çoxmənzilli binalardakı mənzillərin alınması üçün ipoteka krediti veriləcək.

“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmana əsasən, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ekspert Rəşad Əliyev məsələ ilə bağlı bildirib ki, yeni qaydalarda iki istiqamət üzrə vacib məqam var: “Birinci məqam ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişiklərdir. Burada söhbət həm ilkin ödənişdən gedir, həm kreditin maksimal məbləğinə dair məlumat və faiz dərəcələri ilə bağlı məsələlər əksini tapıb. Eyni zamanda burada gəlirlərə qoyulan tələblər də öz əksini tapıb. Əgər əvvəllər adi ipoteka kreditləri üzrə 20 faiz ilkin ödəniş var idisə, hazırda bu ödəniş 15 faiz olub. Güzəştli ipoteka üzrə dəyişiklik isə 15 faiz qalıb. Faiz dərəcələrinə gəldikdə isə qaydalarda göstərilir ki, faizlər fondun Müşahidə Şurası tərədindən yenilənəcək. Digər tərəfdən, gəlirlərə qoyulan tələblərdə yenilik ondan ibarətdir ki, qaydalarda göstərilir ki, kredit üzrə aylıq ödənişin məbləği həmin şəxsin aylıq gəlirinin 70 faizindən çox olmamalıdır. Təəssüf hissi ilə qarşıladığımız yaş məhdudiyyətidir. Ondan ibarətdir ki, yeni qaydalara görə kreditin ödəniş müddəti həmin şəxsin pensiya yaşına düşməməlidir. Əgər nəzərə alsaq ki, adi ipoteka üzrə müddət 25 il, güzəştli ipoteka üzrə 30 ildir, o deməkdir ki, 40 yaşlı vətəndaşlarımızın bir hissəsinə ipoteka krediti tam müddətdə verilməyəcək. Yəni onlar ipotekanı qanunvericiliklə müəyyən olunmuş müddətdə ala bilməcəyəklər. Adi ipoteka üzrə 25 il maksimal müddət olsa da, onlar üçün 20-21 il olacaq. Yəni orada pensiya yaşından asılı olaraq, kredit müddəti kiçildiləcək”.

Ekspert elektron ipotekadan da danışıb və bildirib ki, bunun müsbət tərəfləri var: “Elektron ipotekanın mahiyyəti ondan ibarətdir ki, onun alınması proseduru elektron qaydada həyata keçiriləcək. Buna bir müddət sonra başlanılacaq. Çünki hazırkı vəziyyətdə texniki imkanlar buna uyğun deyil, imkan vermir. Bunun da müsbət cəhəti odur ki, bu, ipotekanın alınması prosesini şəffaflaşdıracaq. Məsələn, orada qeyd olunur ki, ipoteka almaq istəyən şəxs müraciət edir, üç gün ərzində onun istəyinə ilkin rəy bildiriləcək. Yəni o, prosesi davam etdirsin, yoxsa hansısa səbəbdən bundan imtina olunur. İpoteka alanların qeydiyyatı da elektron formada aparılacaq. Bu da ipoteka alınması prosesindən sui-istifadələrə müəyyən qədər mane olacaq. Digər məsələ isə bürokratik əngəllərin aradan qaldırılması olacaq. Eyni zamanda, ipoteka işə salınandan sonra sənədlərin toplanması prosesi elektronlaşdırılacaq. Belə ki, həmin elektron ipoteka proqramı hökumət portalına birləşdiriləcək. Bundan sonra kredit vermək istəyən bank bir sıra məlumatları, vətəndaşın gəlirləri haqqında məlumatları, yaşayış yeri ilə bağlı, iş yeri haqqında məlumatları müvafiq dövlət orqanından elektron formada alacaq”.

Ekspert Nüsrət İbrahimov isə qeyd edib ki, fərmana uyğun olaraq, ipoteka evlərinin verilməsində bir sıra dəyişikliklər olacaq: “Birinci dəyişiklik odur ki, hüquqi təsdiqedici sənəd olmalıdır. Həmçinin təmirli və yaşayış üçün yararlı olmalıdır. Maksimum məbləğ əvvəllər əlli min manat idisə, indi bu məbləğ Müşahidə Şurasının qərarı ilə ildə bir dəfə müəyyən ediləcək. Maksimum məbləğ yüz min manatdan çox olacaq. Faiz dərəcələrində də dəyişiklik edilib. Prosedur maksimum 60 gün çəkə bilər, ondan az ola bilər, ancaq çox olmamalıdır”.

Ekspert Ramil Osmanlı isə bildirib ki, bu, ötən ilin oktyabrında verilmiş fərmanın davamıdır:“İpoteka Fondu yeni ayrı kollegial bir quruma, idarəetmə formasına çevrilir. Burada müvafiq dövlət strukturlarına həmin qurumun fəaliyyətinin təşkili ilə bağlı həmin fərmanda tapşırıqlar verilir. Söhbət konkret olaraq, İpoteka Fondunun fəaliyyətinin qurulmasından, yəni işlək mexanizmə gətirilməsindən, elektron ipoteka sisteminə keçilməsindən gedir. Elektron ipoteka sisteminə keçirilməsi o qədər də əhəmiyyətli dəyişikliklərə gətirib çıxartmayacaq. Biz hələ ki Nazirlər Kabinetinə verilən iki aylıq müddətin sonunu gözləyirik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün 36 dərəcə isti olacaq

Next Post

Bank qoçuları: kollektorlar müştəriləri alçaldır, intihara sövq edir, sosial gərginliyi artırır…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bank qoçuları: kollektorlar müştəriləri alçaldır, intihara sövq edir, sosial gərginliyi artırır...

`Gecə yatmaq əvəzinə, Bakının küçələrini gəzdim` - Poroşenko

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.