"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İpoteka və kredit ödəyicilərinə şad xəbər

09 Fevral 2015 - 11:29
in XƏBƏR LENTİ

img1717127İpoteka və kredit ödəyicilərinə şad xəbər
Manat devalvasiya olsa, vətəndaşlar xeyir götürəcək, banklar təlaş içindədir və xarici valyuta ilə kredit verməyə başlayıb…
“Bizim üçün qarşımızda bir Rusiya nümunəsi var. Qonşu ölkədə kredit və ipoteka ödəyiciləri üçün vəziyyət rahatdır. Çünki rubl getdikcə dəyərdən düşür və əvvəlki məbləğ olmur. Amma əsl həqiqəti xarici valyuta ilə ipoteka götürənlər yaşayır. Ona görə də bu halda banklar güzəşt yolunu seçdilər, kredit müddətini uzatmalı oldular”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu sözləri “Yeni Müsavat”a iqtisadçı-ekspert Samir Əliyev manat ucuzlaşacağı halda kredit ödəyicilərinin vəziyyəti barəsində danışarkən qeyd etdi. Onun sözlərinə görə, Azərbaycanda manat devalvasiya olarsa, bu, kredit faizlərinin bahalaşmasına gətirib çıxara bilər: “Bu, o cümlədən əmanətlərin faizlərinə də təsir edəcək. Eyni zamanda ilk növbədə kredit müqaviləsinə baxmaq lazımdır. Müqavilədə qeyd olunubsa ki, kredit faizləri ölkənin makro-iqtisadi vəziyyətindən asılı olmayaraq dəyişməyəcək, o halda düzəliş edilə bilməz”.

İqtisadçıya görə, manatın ucuzlaşması istənilən halda kredit ödəyicisinə sərf edir: “Dünyada bu proses müxtəlifdir. Azərbaycanda isə fiksə edilib. Dünyada üzən faizə uyğun dəyişir, yəni faizlər artır və azalır. Əgər müqavilədə dəyişiklik olacağı qeyd edilməyibsə, o halda əvvəlki şərtlərlə kredit ödəniləcək. Bu zaman manat devalvasiya olarsa, kredit ödəyicilərinin xeyrinə olacaq, pul dəyərdən düşəcək. Amma xarici valyuta ilə kredit ödəyənlərin zərərinə olacaq. Məsələn, 100 dollara görə 79 manat ödəyirdisə, 110 manat verməli olacaq. Onu da deyim ki, son 2-3 ayda banklar xarici valyuta ilə kredit verməyə başlayıb”.

S.Əliyevin fikrincə, banklar xarici valyuta ilə kredit verməklə iki prosesin qabağını almağa hazırlaşır: “Birincisi ehtimal olunur ki, manatın kursu dəyişə bilər və dollar bu halda daha sərfəlidir. İkincisi, bank sektorunda manat qıtlığı yaranıb. Əməliyyatlar üçün milli pul tapılmır. Pulun həcmi iqtisadiyyata uyğun deyil. Mərkəzi Bank inflyasiyanı tənzimləmək üçün pulu sıxıb. Amma hökumət manatı buraxmayacağını bəyan edib. 2009-cu ildə verdiyi bu sözə əməl etdi. Sadəcə, indiki situasiya daha ağırdır, arzuolunmaz vəziyyət yaranıb. Manatın hazırkı kursu imkan vermir ki, qeyri-neft sektoru inkişaf etsin. Ölkə idxalla doludur. Azərbaycanda ixrac 7-8 faizdir, Rusiyada isə 40 faizdir. Ona görə də çıxılmaz vəziyyətdir. Prezidentin son çıxışından belə görünür ki, ixracı gücləndirmək lazımdır”.

İqtisadçı bununla belə, parlament seçkilərinə qədər hökumətin manatın kursunu saxlamağa çalışacağını və gedişatın neftin qiymətindən asılı olacağını düşünür: “Dünya bazarında neftin qiyməti aşağıdır. Düzdür, son bir həftədə işıq ucu görünür, qiymətdə artım var. Əgər neft 48 dollara düşsə birmənalı olaraq manat devalvasiya olacaq. 60 dollara qalxsa hökumət manatın kursunu saxlamağa çalışacaq. Yəni hökumət neftə baxır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İŞİD-ə quru hücumu “bir neçə həftəyə” başlaya bilər

Next Post

Azərbaycanda 17 yaşlı oğlan qoşulub qaçan bacısını boğdu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda 17 yaşlı oğlan qoşulub qaçan bacısını boğdu

Ermənistanda yeni qalmaqal

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.