"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İqdırda Qarabağla bağlı mühüm qərar- türklər ermənilərə qarşı birləşir…

11 Noyabr 2015 - 09:48
in SİYASƏT
İqdırda Qarabağla bağlı mühüm qərar- türklər ermənilərə qarşı birləşir…1915-ci il hadisələri və Dağlıq Qarabağın işğalına qarşı ortaq mücadilə deklarasiyası imzalandı, ondan artıq təşkilat birgə mübarizəyə qərar verdi…

Türkiyənin İqdır vilayətində bir araya gələn ondan artıq təşkilat Türkiyədə baş verən 1915-ci il hadisələri və Dağlıq Qarabağın işğalına qarşı ortaq mücadilə deklarasiyası imzalayıblar. Ondan artıq təşkilat birgə mübarizəyə qərar verib. Bu barədə musavat.com-a İqdırda fəaliyyət göstərən Əsassız erməni soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey məlumat verib.
O, bildirib ki, noyabrın 9-da toplanaraq müzakirə aparan siyasi partiya, QHT, dərnək və həmkarlar birliklərinin təmsilçiləri Türkiyədə baş verən 1915-ci il olayları və Dağlıq Qarabağın işğalına qarşı birlikdə mücadilə, mübarizə aparmaq barədə yekdil qərara gəliblər: “Biz birlikdə mücadilə aparmaq barədə qərar qəbul etdik, deklarasiya imzaladıq”.
Onun sözlərinə görə, bununla bağlı ilk toplantısı bu ilin oktyabrında Azərbaycanın paytaxtı olan Bakıda, ikinci tədbir də noyabrda Türkiyənin İqdır vilayətində keçirilib. “Bakıda yapılan və 1915 olayları ilə Qarabağ işğalına qarşı birlikdə mücadiləni əsas tutan ilkin platformanın ikinci toplantısı İqdırda keçirilib. Toplantının ardınca “Güç olmağa və birlikdə mücadilə etməyə çağırırıq. İşgalı və iftiranı yenəcəyik”,- başlıqlı açıqlama yayımlanarkən, önümüzdəki günlərdə gerçəkləşəcək yeni bir toplantı ilə birlikdə mücadilənin istiqamətləri, hədəfləri, fəaliyyəti bəlirlənəcək, ortaq mübarizə hərəkətinin, hərəkatın adının açıqlanacağı bildirildi”,- deyə G.Gülbey qeyd edib.
Bəyannamədə bildirilir: “1915-ci il hadisələri və Dağlıq Qarabağın işğalının sona çatması ilə bağlı çalışan, fəaliyyət göstərən bütün təşkilatlar bir araya gələrək birlikdə mücadilə etmək və daha güçlü bir ortaq diaspora yaratmaq qərarı aldıq. Ermənistan rəhbərləri və lobbisinin əli ilə dünya ölkələrində Azərbaycan və Türkiyəyə qarşı saxta təbliğat aparılır. İki qardaş ölkəni qaralamağa çalışırlar, siyasi basqılara məruz qoyurlar. Ölkələrimizə və millətimizin keçmiş tarixinə atılan iftiralara və  dünyanın gözü qarşısında törədilən qətliamlara, işğallara “Yox!” deyirik. Qətliam və işğala “Yox!”,- deyən milyonlarla insanımız illərdir meydanlarda və müxtəlif müstəvilərdə bu faktlarla bağlı mübarizədədirlər. Siyasi basqı və iftiralara qarşı qəti bir mövqe ortaya qoyublar. Atacağımız addımlarla bu iftira kampaniyalarına, haqsız işğala “Dur!”,- deməyə davam edəcəyik. Bu, Türkiyə və Azərbaycanın ortaq məsuliyyətidir. Bu məqsədlə faşist yönlü basqı və işgalçı zehniyyətə qarşı birləşirik. Gələcək nəsillərimizə təmiz keçmiş və torpaq bütünlüyü, parçalanmamış, bütöv bir ölke qoymaq borcumuzdur, bunun üçün mübarizə paarmalıyıq. Millətimizə qarşı həyata keçirilən qətliamların və bunu həyata keçirənlərin məhkəmə, qanun qarşısına çıxarılmasına çalışmalıyıq. Bunu edəcəyik. Gerçək tarixin və ermənilərin törətdiklərinin anladılması, həyata keçirilən qətliamların əslində imperialist oyun olduğunun vurğulanması, həmçinin bu qətliam və işğalların təkrar yaşanmaması üçün birlikdə mücadilə etmək üçün birgə iradə ortaya qoyduğumzuu elan edirik. Bunun üçün haqsızlığa, iftiraçı zehniyyətə, faşist və irqçi düşüncəyə qarşı birlikdə mücadilə etməyə və daha güclü bir diaspora qurmağa qərar verdik”.
Bəyannaməni Əsassız erməni soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, CHP-nin İqdır bölgəsi başqanı İlhan Zor, İzmir-Azərbaycan Mədəniyyət Dərnəyinin İqdır təmsilcisi Hüseyin Kesemen, İqdırın keçmiş  bələdiyyə üzvü Şeref Iğdır, AKP-nin İqdır şöbəsinin keçmiş sədri Kurban Oluz, İqdır şairlər və yazarlar dərnəyinin idarə heyətininü üzvü Nizamettin Uca, İqdır Atatürk Məhəlləsi Sosial Yardımlaşma Dərnəyinin rəhbəri Mustafa Gürel, AFAD-SEN (zəlzələ və fövqəladə hallarla bağlı dövlət qurumu) İqdır bölgə şöbəsinin rəhbəri Mehmet Öztürk, EHLEDER (Əhlibeyt alimləri şöbəsininin) idarə heyətinin üzvü Zeki Tumay, 13-cü Bölgə Eczacılar İqdır bölgə təmsilcisi Nazım Karadağ imzalayıblar.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hüquq müdafiəçisi: “Bəzi “siyasətçilər” Güneydəki etiraz səsindən diksinib”

Next Post

Təbriz aksiyalarının nəticəsi necə olacaq? – ŞƏRH

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Təbriz aksiyalarının nəticəsi necə olacaq? – ŞƏRH

İran televiziyasının direktoru üzr istədi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.