"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İqtidar həbsxanaları boşaldır-prezidentin yeni sərəncamı

15 Fevral 2017 - 10:40
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Dövlət başçısı İlham Əliyevin cəzaların yüngülləşdirilməsi barədə imzaladığı sərəncamın icrası on minlərlə insanın taleyinə təsir edəcək; yaxın zamanlarda ölkə həbsxanalarında dustaqların sayı kəskin şəkildə azalacaq

Fuad Ələsgərov: “Bu sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir”

 Xəbər verildiyi kimi, ötən həftə prezident İlham Əliyev “Cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.

İlk baxışdan daha çox ölkədə hüquqla problemləri olmuş vətəndaşları maraqlandıra biləcək sərəncam əslində hər bir Azərbaycan vətəndaşı üçün çox mühümdür. Çünki heç kim, necə deyərlər, hansısa xırda səhvi ucbatından həbsə düşməyəcəyindən sığortalanmayıb. Heç kimə sirr deyil ki, indi xeyli sayda vətəndaş adi bir səhvi, məsələn, qonşusunun çəpərindən keçib oğurluq etdiyi və ya cavanlıq edərək birinə xəsarət yetirdiyi üçün həbsxana həyatı yaşamalı olur. Bu isə həm ciddi psixoloji travma, həm onların ailələrinə əlavə problem deməkdir. Prezident sərəncamının “xalq dili” ilə izahı budur ki, indən sonra bu kimi yüngül, cəmiyyət üçün təhlükə törətməyən qanun pozuntuları hallarında cəza siyasəti humanistləşdirilsin, məhkəmələr bu kimi hallarda həbsxanaları yox, mümkünsə cərimələri seçsin, mümkün deyilsə, ev dustaqlığına qərar versin ki, insanlar “heç nədən” gedib həbsxanalara düşməsinlər, ailələrin həyatı cəzaçəkmə müəssisələrinin qapısı qarşısında keçməsin.

Image result for İlham Əliyev sərəncam

Prezidentin sərəncamı ilə bu kimi hüquqi məsələlərə nəzarəti Ədliyyə Nazirliyi yanında yaradılan Probasiya xidməti edəcək. Probasiya xidməti məhkəmələrin şərti məhkumetməyə məhkum etdiyi şəxsin dövlətin vətəndaşa verdiyi bu şansadan necə yararlandığına, “özünü necə aparmasına” nəzarət edəcək orqan kimi fəaliyyət göstərəcək. Yeri gəlmişkən, iki ay əvvəl Rusiyada da hökumət ağır cinayət törətməmiş məhkumların azadlığa buraxıldıqdan sonra özlərini necə apardıqlarını nəzərdə tutan pilot layihələrə start verib. Ali Məhkəmədə sədr Ramiz Rzayevin sədrliyi ilə məhkəmə sədrlərinin toplantısında sərəncamdan irəli gələn məsələlər müzakirə edilib.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AZƏRTAC-a müsahibəsində bu mühüm sərəncamı şərh edib.

Manshet kollaj 15 fevral.jpg (605 KB)
F.Ələsgərov deyib ki, imzalanan sərəncam prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. “Bu sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir. Prezident mütəmadi imzalanan əfv sərəncamları ilə cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islah etmənin daha effektiv və səmərəli olduğunu göstərib” deyə, PA rəsmisi bildirib. “

Image result for Fuad Ələsgərov
F.Ələsgərov deyib ki, ibtidai istintaq və məhkəmə orqanları cinayət təqibinin gedişində zərurət olmadan şəxslərin həbs edilməsinə yol verirlər. “Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin edəcək”deyə, F.Ələsgərov bildirib.

Image result for Həbsxanalar
PA rəsmisi yeni yaradılacaq Probasiya xidməti barədə nə danışıb: “Sərəncamın əsas məqsədlərindən biri də cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Məhz bu məqsədə nail olmaq üçün ixtisaslaşmış yeni qurumun – Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasına qərar verilib.
Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir. Xarici ölkələrdə mövcud Probasiya xidmətlərinin funksiyaları və səlahiyyət dairəsi müəyyən cəhətlərinə görə fərqlənsə də, onları birləşdirən ümumi xarakterik xüsusiyyətlər var. Bu xidmətlər şərti məhkumetmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət edən, habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən qurumlardır”.
F.Ələsgərov cəzası yüngülləşdirilmiş şəxslərə Qərb ölkələrində, eləcə də qonşu Rusiyada geniş tətbiq edilən elektron nəzarət barədə danışıb: “Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Elektron nəzarət vasitələrinin tətbiqi – məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir. Bu vasitələr çox vaxt qolbaq və ya saat formasında hazırlanır, xüsusi çiplərlə təchiz edilir və rabitə şəbəkələrinə qoşulur.
Elektron nəzarət vasitələrinin zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürülür və həmin şəxslərin qanunazidd davranışının qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Sözsüz ki, elektron nəzarət vasitələrinin tətbiqi halları, qaydaları və şərtləri, həmçinin onların tətbiqinə məhdudiyyətlər detallı şəkildə işlənib hazırlanmalıdır. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu tərəfindən müvafiq normativ aktların layihələri hazırlanacaq”.
F.Ələsgərov sonda deyib ki, artıq sərəncamın icrası ilə bağlı işlərə başlanılıb.
Göründüyü kimi, prezidentin imzaladığı sərəncamın icrası on minlərlə insanın taleyinə təsir edəcək və həm də yaxşı mənada. Bu sərəncam şübhəsiz ki, ölkə həbsxanalarında dustaqların sayının azalmasına da müsbət təsir göstərəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İqtidar-müxalifət dialoqu yenidən müzakirədə              

Next Post

`Prezident problemləri dərindən araşdırdı` – Deputat

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Prezident problemləri dərindən araşdırdı` - Deputat

Erməni terrorunun iç üzü — Erməni İnqilab Ordusu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.