"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İqtidar-müxalifət görüşü

12 Fevral 2015 - 09:45
in MANŞET

Müsavat dəvətə “yox” dedi; partiya bu addımını müzakirə ediləcək məsələlərin əvvəlcədənimg1742306 razılaşdırılmaması ilə əsaslandırdı

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Fevralın 12-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyaların rəhbərlərinin görüşü keçiriləcək. Qeyd edək ki, bu, sayca ikinci görüş olacaq. Birinci dəfə ötən ilin dekabrın 13-də eyni məkanda Əli Həsənovla 17 siyasi partiyanın rəhbərinin görüşü və geniş müzakirələr olmuşdu.

Bu gün keçiriləcək görüşdə iştirak üçün bir neçə gün öncədən Prezident Administrasiyasından ölkədə dövlət qeydiyyatında olan partiyaların sədrlərinə dəvət gəlib. Partiyaların əksəriyyəti görüşdə iştirak edəcəklərini  elan ediblər.
Müxalifətin aparıcı partiyalarından olan Müsavat isə fevralın 11-də mövqeyini açıqlayıb. Partiyanın yaydığı rəsmi açıqlamada bildirilir ki, Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir. Müsavat Partiyası hesab edir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir.
Müsavat Partiyası bildirib ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bir qrup siyasi partiyaların rəhbərləri ilə təyin olunan görüşün mahiyyəti iqtidar nümayəndələri tərəfindən müxtəlif cür təqdim olunur. Bu görüşdə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil.
Açıqlamada deyilir ki, Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq 12 fevral 2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək görüşdə iştirak etməyəcək.
Müsavat Partiyası ümummilli məsələlərlə bağlı bütün siyasi qüvvələrlə, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğu barədə əvvəllər də açıqladığı mövqeyə sadiq olduğunu bəyan edib.
Sonda bildirilir ki, Müsavat Partiyası müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyənləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır.
8 partiyanın təmsil olunduğu “Azadlıq-2015″ seçki blokundakı partiyalar isə görüşdə iştirak edəcəklər. Blokun üzvü olan KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, Müsavatın verdiyi qərarı kənardan doğru və ya yanlış hesab etmək olmaz: ”Öz qərarlarıdır və zaman özü qiymətləndirəcək. Hesab edirəm ki, Müsavatın iştirak etməsi daha doğru olardı. Amma qərar qəbul ediblərsə, buna hörmətlə yanaşmaq lazımdır. Bizim görüşdə iştirakımıza gəlincə, biz bu görüşlərin təşəbbüskarlarındanıq. Görüşlərin başlanması üçün ötən ilin noyabr ayında Prezident Administrasiyasına müraciət etdik və dekabrda iqtidar-müxalifət görüşü baş tutdu. Orda da razılaşmışdıq ki, 2 ay müddətində bir də görüşəcəyik və bu da növbəti görüşdür. Mən bu dialoqu normal qiymətləndirirəm. Biz keçən dəfə görüşdə iştirak etməyənlərin də əlavə olunmasını istəmişdik və bu istiqamətdə də addımlar atılıb. Hər halda, görüşün nəticələrini müzakirə edəcəyik və mətbuata məlumat veriləcək”.
Bəzi müxalifət partiyalarının indidən dialoqu tənqid etməsinə münasibət bildirən M.Mirəlioğlu qeyd etdi ki, bu da mövqedir: “Onlar da bir işlə məşğul olmalıdırlar, ya yox? Onlar artıq ixtisaslaşıblar və tənqid üzrə mütəxəssis olublar. Qabaqlar ədəbi tənqid var idi, indi də siyasi tənqid mövcud olub. Bu adamlar bütün işləri tənqid edirlər. Yağış yağır, tənqid edirlər, gün çıxır, tənqid edirlər, insanlar doğulur-ölür, tənqid edirlər. Bu da bu adamların xislətidir”.
ADP sədri Sərdar Cəlaloğlu dedi ki, Müsavatın yanaşmasını ilk baxışda normal saymaq olar: “Ancaq nəzərə almaq lazımdır ki, dekabrın 13-də keçirilən birinci görüşdə Mirmahmud Mirəlioğlu hakimiyyət təmsilçisinə dedi ki, bundan sonra görüş təşəbbüsünü siz qaldırın, necə istəyirsiniz, hansı məsələlərin müzakirəsini, kimlərlə müzakirəni necə istəyirsiniz elə edin, biz də iştirak edək. Ona görə də indi iqtidarın günahı yoxdur. O zaman biz də dedik ki, gərək görüşün formatı, predmeti əvvəlcədən məlum olsun. Biz öncədən hansısa bir təkliflər paketi hazırlayıb o görüşdə təqdim etməliyik. Odur ki, düşünürəm ki, həm iqtidar, həm də Müsavat haqlıdır. Problem ondan qaynaqlanır ki, keçən dəfə bu məsələlər qeyri-müəyyən qalmışdı. Müsavatın görüşdə iştirak etməmək qərarı o mənada yanlış sayıla bilər ki, görüşdə iştirak edib oradaca format haqqında, predmet haqqında mövqeyini ifadə edə bilərdi. Açığını deyim ki, Müsavatın qərarını birmənalı şəkildə qiymətləndirə bilmirəm”.
AXP sədri Pənah Hüseyn bildirdi ki, istənilən görüşdə iştirak etmək və ya etməmək barədə qərar vermək Müsavat Partiyasının müstəsna hüququdur. Bu hüquqa hörmət etmək lazımdır.
Etibar SEYİDAĞA

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Normand formatı” Minskdə sülh planının müzakirəsinə başlayıb – CANLI YAYIM

Next Post

Neftin qiyməti artıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Neftin qiyməti artıb

Yeni aviareys

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.