"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İqtidara ən böyük xəyanət içəridən gəlir…” – Qüdrət Həsənquliyevdən onu təhqir edən nazirə sərt cavab

04 Fevral 2019 - 11:18
in aktual-banner, Banner, Cebhe-banner, GÜNDƏM, MANŞET

“İqtidara ən böyük xəyanət içəridən gəlir…” – Qüdrət Həsənquliyevdən onu təhqir edən nazirə sərt cavab

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

 

Azərbaycan siyasətində mənəvi dəyərlərin sürətlə aşındığı, “əxlaqlı mübarizə” anlayışının, demək olar ki, aradan qalxdığı bir zamandan keçirik. Söyüş, təhqir, hətta fiziki hesablaşmalara çağırışlar günümüzün ən adi reallıqlarına çevrilib. Bəs, siyasətdə belə yaramaz bir mühitin formalaşması Azərbaycana nə vəd edir?

“AzPolitika.info”nun əməkdaşı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə bu mövzuda qısa söhbət edib.

– Qüdrət bəy, Azərbaycanda siyasətin eybəcərləşdirilməsi və siyasətçilərin gözdən salınması, siyasi rəqiblərin düşmənə çevrilməsi istiqamətində fəal iş aparılır. Bu, Sizi qorxutmurmu?

– Biz güclü ümumdünya erməni lobbisi və onların xristian həmrəyliyindən çıxış edən tərəfdarları, o cümlədən daxildə hakimiyyətə susamış feodal təfəkkürlü insanların məkrli pozuculuq fəaliyyəti ilə üz-üzəyik. Onların bizə qarşı düşmənçilik siyasətini həyata keçirmələri üçün çoxlu pulları var. Satqınları və gerizəkalı şizofrenikləri isə bütün xalqların sırasından çox da çətinlik çəkmədən tapmaq olar. Hazırda baş verənlər həm də ölkəmizdə mənəvi terror yolu ilə ləyaqətli insanları qorxutmaq, Prezidenti müdafiəsiz qoymaq cəhdidir… Söyüş söyənlər bilirlər ki, dediklərinin on qat artığı onlara qaytarılır, amma ləyaqətlərini satdıqlarından başqa yolları yaxdur.Tapşırıqları icra etməlidirlər. Onların əsas məqsədi mənəvi-siyasi böhran yaratmaqla, torpaqlarımızın işğal altında qalmasını təmin etmək, Prezidenti islahatları dərinləşdirməkdən, kadr islahatlarını davam etdirməkdən çəkindirmək, Azərbaycanda asılı bir feodal dövləti quraraq ölkəmizi uzun illər inkişafdan saxlayacaq birisini hakimiyyətə gətirməkdir. Ölkəmizi qorumaq üçün iqtidarlı-müxalifətli, hamılıqla düşmənlərimizin yeni müstəvidə açdıqları bu savaşa qarşı dayanmağı bacarmalıyıq. Söyüş söyənlərə məğlubiyyət ölkəmizə Qarabağın işğal altına düşməsindən daha çox zərər vura bilər. Çox təəssüf ki, iqtidardakı və müxalifətdəki ləyaqətli insanların mənəvi terrora qarşı dayandığı bir vaxtda iqtidara ən böyük zərbə və xəyanət onun içərisindən gəlir.

– Bu, çox ciddi ittihamdır. Nəyə əsaslanaraq belə ittiham irəli sürürsünüz – konkret ad, misal çəkə bilərsinizmi?

– Elə özümlə bağlı bir fakt söyləyim. Xatırlayırsınızsa Sizin sayta verdiyim açıqlamamda (Bura bax: DEPUTATDAN NAXÇIVANLA BAĞLI ŞOK AÇIQLAMA VƏ TƏKLİFLƏR) qeyd etmişdim ki, Naxçıvanın iqtisadiyyatının inkişaf etdirilməsinə ehtiyac var. Prezident də daim söyləyir ki, iqtisadiyyatımız inkişaf etdirilməlidir və əyalət rəhbərlərinin fəaliyyətinə həm də iqtisadiyyata özəl sərmayənin cəlb olunmasına görə qiymət veriləcəkdir. Prezidentin bu mövqeyinin nəticəsi kim artıq 34 rayon və şəhərin rəhbəri öz işini yeni tələblərə uyğun qurmağı bacardığından dövlət büdcəsindən dotasiya almır, bəziləri isə öz xərclərini tam ödəməklə yanaşı dövlət büdcəsinə milyonlarla vəsait də ödəyirlər. Öz xərclərini tam ödəyə bilməyən digər rayonlara isə cəmi 104 milyon manatdotasiya ayrılır. Naxçıvan MR iqtisadiyyatı isə yerli büdcənin gəlirlərinin cəmi 21,7%-ni təmin edir və dövlət büdcəsindən bütün digər rayonlardan 3 dəfədən çox – 300 milyon 360 min manat dotasiya alır. Bu rəqəmləri deputatlara hökumət təqdim edib. Mən də büdcənin müzakirəsi zamanı imkan olmadığından mətbuatda bu barədə danışmışdım. Mövcud vəziyyəti dəyişmək üçün Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul edilməsinin, Naxçıvanda Azad İqtisadi Zonanın, istehsal və emal müəssiələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılmasının vacibliyini qeyd etmişdim.

Bundan sonra Naxçıvandan Azad Cabbarov adlı bir nazir və başqa bir vəzifəli şəxs, Prezident və iqtidar partiyası mənəvi terrorla məşğul olanları qınadığı halda, Prezident və ailəsi təhqir olunan zaman susan bu mənfur ünsürlər, sosial şəbəkədə Naxçıvanı təmsil edən deputat olmama baxmayaraq, məni Naxçıvanın “daxili işlərinə” qarışmaqda ittiham edərək siyasi fəaliyyətimə aidiyyatı olmayan yaxınlarımla birlikdə nalayiq formada təhqir etmişlər. Sözün bütün mənalarında böyüklərinə dediklərini mənə ünvanlamışlar. Prezidentin yürütdüyü siyasətə qarşı çıxan bu quduzlaşmış, xaricdən söyüş söyən gədələrdən heç nə ilə fərqlənməyənlər, əslində, ölkə rəhbərliyinə meydan oxuyurlar. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onlar cəzalanmalıdırlar. Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda Milli Məclisdə mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxsam da, yazılı müraciət etməmə baxmayaraq, məni təhqir edənlər barədə heç bir tədbir görmədi, əksinə, həmin şəxsin təltif olunması barədə təqdimat verdi.

Ümid edirəm, bu açıqlamamdan sonra Azərbaycan rəhbərliyi deputatı təhqir edən, iqtidarda olub onun siyasətinə qarşı çıxan həmin şəxsləri cəzalandıracaq, kimsənin ona meydan oxumasına və mərkəzi hakimiyyətin Naxçıvana nəzarəti itirməsinə şübhələrin yaranmasına imkan verməyəcək, söyüş söyənləri qınamağa mənəvi haqqını qoruyub saxlayacaqdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Problemli kreditlərin məbləği aşağı düşüb

Next Post

Ötən il dövlət xətti ilə 262 mln. manata yaxın ipoteka krediti verilib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Next Post
Ötən il dövlət xətti ilə 262 mln. manata yaxın ipoteka krediti verilib

Ötən il dövlət xətti ilə 262 mln. manata yaxın ipoteka krediti verilib

Bərdədə iki körpə uşaq valideyni tərəfindən küçəyə atılıb – FOTO

Bərdədə iki körpə uşaq valideyni tərəfindən küçəyə atılıb - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.