“Heydər Əliyev İlham Əliyevə güvənməsə oglunu belə bir çətin işin altına verməzdi”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bəzi sabiq deputatların parlamentdə fərqli fikir və alternativ mövqenin olmaması ilə bağlı iddialarına münasibət bildirib.
BAXCP mətbuat xidmətinin bu iddialarla və digər məsələlərlə bağlı suallarını cavablandıran Qüdrət Həsənquliyev deyib ki, bu mövqe “mən yoxamsa hər şey pisdir” yanaşmasından qaynaqlanan xəstə təxəyyülün məhsuludur:
“BAXCP parlamentdə təmsil olunduğu bütün dövrlərdə mötədil müxalifət partiyası kimi orada alternativ fikri milli maraqlara uyğun, qərəzsiz və prinsipiallıqla təqdim edib. Parlamentin son iclası bunun təsdiqidir”.
BAXCP sədri ölkənin böyük iqtisadi, siyasi və mənəvi böhran içərisində olması barədə fikirlərə də münasibət bildirib:
“Ölkədə bütün sahələrdə problemlər var və bu danılmaz faktdır. Amma böhranın olması barədə deyilənlər sadəcə cəfəngiyyatdır. Birinci, böhran cəmiyyətdə o zaman yaranır ki, vətəndaşların böyük əksəriyyəti artıq əvvəlki kimi yaşamaq istəmir və vəziyyətin dəyişməsi üçün fəal mübarizəyə qoşulurlar. İkincisi, iqtidar daxilində fikir müxtəlifliyi yaranır, hakim partiyanın lideri komandasına nəzarəti itirir və yeni çağırışlara cavab verə bilmir. Bu zaman iqtidar komandasında gizli olaraq yeni lider axtarışına çıxırlar və böhranın əlamətləri görünməyə başlayır. Hazırda Azərbaycanda bu əlamətlərin heç biri yoxdur. İnsanların böyük əksəriyyətini mövcud durum qane edir. Bizi tam qane etməsə də, Prezident müəyyən islahatlar aparır və insanlar inanır ki, islahatlar sürətləndiriləcək, hər şey yaxşıya doğru dəyşəcək. Bundan başqa indi Azərbaycanda Heydər Əlivevi güclü siyasətçi və dövlət adamı kimi qəbul etməyən barmaqla sayılacaq qədər adam qalıb. Onlar da bağlı qapılar arxasında bunu etiraf edirlər.Vətəndaşlar əmindir ki, dövlət idarəetməsinin nə qədər çətin bir vəzifə olduğunu bilən Heydər Əliyev İlham Əliyevə güvənməsə oglunu belə bir çətin işin altına verməzdi. Hakim partiyanın üzvləri də görürlər ki, iqtidarda İlham Əliyevi əvəz edə biləcək ikinci bir şəxs yoxdur. Partiyada birləşdirici figur yalnız odur. Bəzi vəzifəli şəxslərin riyakarlığına gəldikdə isə, belələri bütun komandalarda olur və gec tez ifşa olunur, layiqli cəzalarını alırlar. Qeyd etdiklərim təsdiq edir ki, böhran barədə deyilənlər özünü və başqalarını aldatmaqdan başqa bir şey deyil. Bunu əminliklə söyləmək olar. Böhran insanlara müxtəlif mərhumiyyətlər yaşada və dövləti təlükəyə ata biləcəyi üçün biz onun gəlişini Cəmil Həsənov kimi sevinclə gözləmirik. Çalışırıq ki, problemləri və onların həlli yollarını göstərək”.