"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İqtisadçı Azərbaycanda xalçaçılığın inkişaf yollarını SADALADI

25 Avqust 2022 - 12:47
in İQTİSADİYYAT

“Yəqin xatırlayarsız, 9 yanvar 2021-ci ildə “Azərxalçanın” rəhbəri Vidadi Muradov həbs edilmişdi, küllü miqdarda dövlətə ziyan vurduğu, “Azərxalçanı” yeyib-dağıtdığı üzə çıxmışdı. Sonra Vidadi Muradov 31 oktyabr 2021-ci ildə səhhəti ilə əlaqədar həbsdən azad edilmiş, 4 noyabr 2021-ci ildə isə xərçəng xəstəliyindən vəfat etmişdi.
“Azərxalçaya” yeni rəhbər təyin edildi, indi isə 2021-ci illə, yəni, Vidadi Muradovun artıq rəhbər olmadığı keçən illə bağlı rəsmi rəqəmlər açıqlanıb: Məlum olur ki, 2021-ci ildə “Azərxalça” 3 milyon 200 min manat xalis zərər edib. “Azərxalça” ASC-nin satışdan gəlirləri 2020-ci ildə 5 milyon 142 min manat ikən, 2021-ci ildə 1 milyon 607 min manata düşüb (3,2 dəfə azalıb). 31 Dekabr 2021-ci il tarixində “Azərxalça” ASC-nin yığılmış zərəri 17 milyon 39 min manata çatıb”.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Elchi.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli FB hesabında bildirib:

“Bütün bunları nədən xatırlatdım? Deyim də, diqqətli oxucular və amerikanların yaratdığı “Google” xatırlayır ki, bu təşkilat yaranan ilk gündən məzmunsuz qurum olduğunu israrla söyləmişik, dövlətin xalqça toxumaq kimi bir işə girişməsini mənasız adlandırmışıq, problemin kadrlarda, rəhbərdə deyil də, sistemdə olduğunu söyləmişik – bir daha qeyd edim: Dövlət xalçaçılığı inkişaf etdirmək istəyirsə mənasız ayrıca bir qurum yaratmamalıdır, büdcədən ona çoxlu pul ayırmamalıdır, həmin pulların yeyilməsinə şərait yaratmamalıdır. Dövlət iqtisadiyyatda ən pis, ən bərbad oyunçudur, menecerdir, dövlət xalçaçılığa sosial və mədəni sahə kimi baxıb inkişaf etdirmək istəyirsə, bunun yolları var: Bu işi bacaranlara, xalça toxumaq mədəniyyəti və ənənələri olan ailələrə pulsuz avadanlıqla yardım edir, onları vergidən tam azad edir, uzunmüddətli və faizsiz kredit xətti ayırır – vəssalam, bu zaman pullar göyə, ciblərə sovurulmur, xalçanı bu işi bacaran toxuyur, satmağı bacaranlara verir, onlar da satırlar, dövlət isə ziyanla işləyən müəssisələrə pul ayırmağa məcbur qalmır, həm də öz sosial məsuliyyətini yerinə yetirərək yeni iş yerlərinin yaranmasına dəstək olur.
Bu işin fəlsəfəsi, “kodlaşdırması” belə olmalıdır və bu tək xalçaçılığa aid deyil, bizdə dövlət hər şeylə məşğul olmaq istəyir, xalça da toxuyur, neft də çıxardır, pambıq da əkir, pomidor da yetişdirir, inək də saxlayır – nəticədə hər yerdə ziyan, hər sahədə bahalıq və bərbad nəticələr görürük. Çünki, dövlət öz vətəndaşına güvənmir, inanmır, biznes məntiqini anlamır, nəzarətdən kənar pul qazana biləcək çevrələrin yaranmasından çəkinir – bu anormal sovet-dövlət-məmur “kapitalizm” sitemidir…”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident Dominikanın yeni səfirini qəbul etdi

Next Post

Əliyev-Paşinyan görüşünü Şarl Mişel təşkil edəcək

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Əliyev-Paşinyan görüşünü Şarl Mişel təşkil edəcək

Əliyev-Paşinyan görüşünü Şarl Mişel təşkil edəcək

Yoluxma göstəriciləri süni şəkildə azaldılır – ÜST

Yoluxma göstəriciləri süni şəkildə azaldılır - ÜST

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.