"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İqtisadi “partlayış” təhlükəsi

11 Oktyabr 2022 - 17:52
in DÜNYA

“Dünyanın başı Rusiyanın Ukraynaya vəhşi hücumuna, həyasız işğal cəhdinə qarışdığından iqtisadi sahədə baş verənlər arxa plana keçib, amma unutmayaq ki, iqtisadiyyat təməldir, siyasi, geosiyasi vəziyyət daha çox iqtisadi maraqlardan və dünya iqtisadiyyatında baş verən proseslərdən doğur”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli FB hesabında qeyd edib:

“2008-ci ildə baş verən və “Lehman Brothers” böhranı kimi yadda qalan iqtisadi daralma tez bir zamanda, amma ancaq likvidlik bolluğu vasitəsi ilə aradan qaldırıldı. Dünya iqtisadiyyatında institutsional problemlər həll edilmədi, ancaq “pul çapı”, likvidlik bolluğu, “helikopter pullar” daralmanın qarşısını aldı və dünya yenidən borcla böyümə modelinə geri döndü.
2020-ci ildə elan edilən “pandemiya” iqtisadiyyatı dünya üzrə çökdürməyə başladı, prosesin axmaqcasına idarə edilməsi iqtisadiyyatın təməllərini zədələdi, dünyada virusdan çox insanları məhz iqtisadi çətinliklər, depressiya, işsizlik və mənasız qapanmalar öldürdü. Yenə də institutsional olaraq heç bir addım atılmadı, ancaq likvidlik bolluğu ilə iqtisadi çətinliklərlə mübarizə aparılmağa çalışıldı, nəticədə illik 84,7 trilyon dollarlıq ÜDM olan dünya iqtisadiyyatına 17,2 trilyon dollar vəsait axıdıldı. Nəticədə likvidlik bolluğu dünyada inflyasiyanı tətiklədi, bütün aktivlərin, əmtəələrin qiyməri artmağa başladı – “pandemiyada” dünya qapanırdı, amma səhm bazarı, əmtəələr, inflyasiya yüksəlirdi, bu mənasız “pul yağışının” nəticəsi idi.
İndi FED öncüllüyündə dünya dövlətləri ayılıb addımlar atmağa başlayıb, institutsional yox ha, sadəcə səpdikləri pulları yığmaqla inflyasiya ilə mübarizə aparmaq istəyirlər. FED faizləri artırır, onlara baxıb bütün dünya ölkələri MB-rı da faiz artırmaqla məşğuldular, bəli, bu bir neçə ay sonra inflyasiyanı cilovlaya bilər, amma baha likvidlik, artan kredit faizləri dünya iqtisadiyyatının kəskin daralmasına, aktivliyin azalmasına, işsizliyin artasına səbəb olur-olacaq – yəni, bir dərdi (inflyasiyanı) cilovlamaq istəyəndə, digər dərdi (ressesiya və iqtisadi böhranı) alovlandırırlar.
Artıq bir çox beynəlxalq nüfuzlu təşkilatlar, banklar, yatırım fondları həyacan təbili çalmağa başlayıblar – JPMorgan Chase & Co. CEO-su Jamie Dimon açıqlama verib ki, ABŞ iqtisadiyyatı yaxın aylarda tam resessiyaya girəcək, ciddi iqtisadi daralma qeydə alınacaq, nəzərə alın ki, ABŞ iqtisadiyyatı “asqıranda” dünya iqtisadiyyatı həmən “sətəlcəm” olur.
Yəni, həzərat, hamımız oturub balacaboy kompleksli diktatorun atom bombası atıb-atmayacağını gözlədiyimiz vaxt dünya istisadiyyatına artıq böhran “bombası” düşüb – bu o deməkdir ki, yaxın aylarda dünyada işsizlik, xalqların qəzəbi artacaq, böhran dərinləşəcək, dünya təcrübəsi və tarixi onu deyir ki, belə böyük böhranlardan iri ölkələrin, şirkətlərin bankrot olmadan, yüzmilyonlarla insan kasıblaşmadan çıxmaq mümkün deyil. Əslində dünya həmişə irimiqyaslı müharibə ilə çıxırdı, indi məhz atom silahının mövcudiyyəti böyük müharibənin qarşısını alır, ona görə də atom silahından yox, iqtisadi “partlayışlardan” qorunmaq haqqında düşünmək, bunun yollarını tapmaq lazımdır…”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

UEFA növbəti dəfə “Qarabağ”ı fərqləndirib

Next Post

İranda saxlanılan 1700 etirazçı azad edildi

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
İranda etiraz aksiyalarının miqyası genişlənir

İranda saxlanılan 1700 etirazçı azad edildi

“Ukraynada gözəl hadisələrin baş verməsinə inanmaq lazım deyil”

"Ukraynada gözəl hadisələrin baş verməsinə inanmaq lazım deyil"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.