"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İqtisadiyyat Nazirliyi Məlumat mərkəzi təsis edəcək

02 Noyabr 2021 - 17:27
in FLƏŞ

Nazirlər Kabineti “Məlumat mərkəzinin yaradılması və fəaliyyət Qaydası”nı təsdiq edib.
Qərara əsasən, Məlumat mərkəzi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilir.
Mərkəz Nazirliyin strukturuna daxil olan qurumun struktur bölməsi kimi təsis olunur. Mərkəz ona həvalə edilmiş funksiyaların yerinə yetirilməsi üçün müvafiq infrastruktura və işçi heyətə malikdir.
Mərkəz aşağıdakı funksiyaları yerinə yetirir:
– Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına texniki reqlamentlərin və uyğun- luğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər haqqında bildirişlərin verilməsini;
– Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış texniki reqlamentlərin, standartların və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələrinə dair rəyin verilməsinin təşkil edilməsini;
– Azərbaycan Respublikasının üzv olduğu regional standartlaşdırma təşkilatları və Azərbaycan Respublikasının standart- laşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatların verilməsinin təmin edilməsini;
– xarici texniki reqlament, uyğunluğun qiymətləndirilməsi prosedurları və xarici ölkələrə məxsus milli standart layihələrinə dair Azərbaycan Respublikasının müvafiq qurumlarına məlumatın verilməsini.

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Mərkəzin məlumat strukturuna aşağıdakılar daxildir:
– Azərbaycan Respublikasının texniki reqlamentlərinin layihələri və təklif olunan dəyişikliklər;
– uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər;
– beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış texniki reqla- mentlərin, standartların layihələri;
– Azərbaycan Respublikasının üzv olduğu regional stan- dartlaşdırma təşkilatları barədə məlumatlar;
– Azərbaycan Respublikasının standartlaşdırma, uyğun- luğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatlar.

Mərkəz texniki tənzimləmə sahəsində bildiriş və məlumatların mübadiləsini elektron poçt ünvanı vasitəsilə və ya yazılı formada həyata keçirir. Texniki reqlamentlərin layihələri və təklif olunan dəyişikliklər ictimai dinləmələrin və ictimai müzakirənin keçirilməsi məqsədilə Nazirliyin rəsmi internet səhifəsinin xüsusi bölməsində yerləşdirildiyi tarixdən Mərkəz 5 (beş) iş günü müddətində həmin texniki reqlamentlərin layihələri və təklif olunan dəyişikliklər, həmçinin onların əldə edilmə mənbələri barədə bildirişləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına göndərir. Aidiyyəti dövlət orqanları (qurumları) uyğunluğun qiymətlən- dirilməsi prosedurlarının layihələrini və təklif olunan dəyişiklikləri razılaşdırılma üçün göndərdikləri tarixdən 2 (iki) iş günündən gec olmayaraq, bu barədə məlumatları Mərkəzə təqdim edir. Mərkəz müvafiq məlumatı aldığı tarixdən 5 (beş) iş günü müddətində uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər, həmçinin onların əldə edilmə mənbələri barədə bildirişləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına göndərir. Mərkəz Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlət lərarası təşkilatlar, yaxud xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış texniki reqlamentlərin və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələrini əldə etdiyi tarixdən 3 (üç) iş günü müddətində həmin layihələri müvafiq rəyin bildirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim edir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə daha qısa müddət müəyyən edilmədiyi təqdirdə aidiyyəti dövlət orqanları (qurumları) bu Qaydaya uyğun olaraq məlumatı aldığı tarixdən 60 (altmış) iş günü müddətində texniki reqlamentlərin və uyğunluğun qiymətləndirilməsi prosedurla rının layihələrinə dair rəy bildirməlidir. Mərkəz Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlət- lərarası təşkilatlar, yaxud xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış standartların layihələrini əldə etdiyi tarixdən 3 (üç) iş günü müddətində həmin layihələri müvafiq rəyin bildirilməsi üçün milli standartlaşdırma qurumuna təqdim edir. Milli standartlaşdırma qurumu bu Qaydanın 5.7-ci bəndinə uyğun olaraq layihələrin təqdim edildiyi tarixdən 1 iş günü müddətində həmin layihələri müvafiq sahə üzrə texniki komitəyə göndərir.
Standartlaşdırma üzrə texniki komitə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə daha qısa müddət müəyyən edilmədiyi təqdirdə bu Qaydanın 5.8-ci bəndinə uyğun olaraq məlumatı aldığı tarixdən 60 (altmış) iş günü müddətində standartların layihələrinə dair rəyini bildirməlidir. Milli standartlaşdırma qurumu həmin rəyləri 2 (iki) iş günü müddətində Mərkəzə təqdim edir. Mərkəz təqdim edilmiş rəyləri 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlətlərarası təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına göndərir. Mərkəz Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında xarici texniki reqla- ment, uyğunluğun qiymətləndirilməsi prosedurları və xarici ölkələrə məxsus milli standart layihələrinə dair məlumatın əldə edilməsi məqsədilə müraciət daxil olduğu tarixdən 2 (iki) iş günü müddətindən gec olmayaraq xarici ölkələrin aidiyyəti orqanlarına sorğu göndərir və həmin gün bu barədə müraciət müəllifinə məlumat verir. Sorğu əsasında əldə edilmiş məlumatı həmin gün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim edir.
Xarici texniki reqlamentlərin, uyğunluğun qiymətlən- dirilməsi prosedurlarının və xarici ölkələrə məxsus milli standart
layihələrinin xarici ölkələrin aidiyyəti orqanlarının rəsmi internet səhifələrindən əldə edilməsi mümkün olduğu halda, Mərkəz bu barədə məlumatı müraciət daxil olduğu tarixdən 2 (iki) iş günü müddətində müraciət müəllifinə təqdim edir və xarici ölkələrin aidiyyəti orqanlarına sorğu göndərmir.
Mərkəz Azərbaycan Respublikasının üzv olduğu regional standartlaşdırma təşkilatları və Azərbaycan Respublikasının standart- laşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatların Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini və həmin məlumatların mütəmadi yenilənməsini təmin edir.
Mərkəzin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Parlament Saakaşviliyə görə boykot olunur – Tələb

Next Post

Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post
Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib

Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının onuncu iclası keçirilib

Azərbaycanda son sutkada 2178 nəfər COVID-19-a yoluxub, 31 nəfər ölüb

Azərbaycanda son sutkada 2178 nəfər COVID-19-a yoluxub, 31 nəfər ölüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.