Azərbaycanla Ermənistanla arasında sülh müqaviləsi imzalandığı halda, qonşu ölkənin enerji layihələrimizdə iştirakını istisna etmək mümkün deyil.
Bunu Report-a açıqlamasında energetnika naziri Pərviz Şahbazov Ermənistanın Azərbaycana məxsus enerji layihələrində iştirak etməsi ehtimalına münasibət bildirərkən deyib.
“Azərbaycan həmişə regional əməkdaşlığın təşəbbüskarı olub”, – deyə o qeyd edib.
Xatırladaq ki, bu ilin mart ayında Rusiya qazının Ermənistana tədarükü “Şimali Qafqaz-Zaqafqaziya” qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçirilib.





