Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını keçirməyə çalışır. Yol bağlıdır. Ermənistan bunu Qarabağın erməni icmasında mümkün humanitar fəlakətin səbəbi kimi təqdim etməyə çalışır.
Elchi.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markov deyib.
“Ermənistan Azərbaycanı blokadada, Rusiyanı isə bu blokadaya yol verməkdə ittiham edir. Azərbaycan iddia edir ki, Ağdamdan keçən yolla Qarabağdakı erməni icmasını tam təmin etmək mümkündür. Ermənistan isə Ağdamdan keçən yolu bağlayıb. İrəvan bununla AB-nin təsiri altında olan beynəlxalq strukturları Qarabağdakı münaqişəyə daxil etmək və Rusiyanı onlarla əvəzləmək istəyir. Çünki hazırda Ermənistanın əsas müttəfiqi AB-nin xarici siyasətinin lideri olan Fransadır”, – Markov bildirib.




