"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İrəvan Qarabağa “ordu” üçün gizli pul göndərir – Sensasion detallar

28 Oktyabr 2021 - 15:15
in MANŞET

Ermənistan Nazirlər Kabineti Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının məsuliyyət zonasındakı erməni əhali üçün noyabr ayında 27 milyon dollar ayırıb.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Maliyyə naziri Tiqran Xaçatryan bu məbləğin Qarabağdakı ermənilərin hansı ehtiyaclarına xərclənəcəyini açıqlayıb və elə məhz onun açıqlaması da ciddi şəkildə düşünmək üçün əsas verir.

Xaçatryanın sözlərinə görə:

1. 6,4 milyon dollar əmək haqlarının ödənilməsinə gedəcək.

Ermənistanda orta aylıq əmək haqqı 380 dollardır (646 manat). Əgər bu vəsait yalnız əmək haqlarına gedirsə, onda belə çıxır ki, Qarabağda təxminən 16 min 842 nəfər əmək haqqı alır.

Qarabağda isə ən son məlumata görə cəmi 19800 nəfər əhali var. Bu əhalinin hamısının əmək haqqı almadığı hər kəsə bəllidir. Ailə olaraq təxminən 5 min götürülərsə və hamısına əmək haqqı verilərsə, yenə 16,8 min etmir.

2. 2,4 milyon dollar pensiyaya ayrılır.

Ermənistanda orta aylıq pensiyanın məbləği 90 dollardır. Bu məbləği pensiya alanlar arasında bölsək, 26 min 700-ə yaxın pensiyaçı deməkdir.

Qarabağda məskunlaşdırılan əhalinin ümumi sayının 19800 olduğunu bir daha xatırlatsaq, burda ciddi təzad göz önündədir.

3. 2,7 milyon dollar əhalinin işıq və qaz istifadəsinin ehtiyacları üçün ayrılıb.

Ermənistanda işıq tarixləri fərqlidir, aztəminatlı, gecə-gündüz fərqləri var. Yəni əhali üçün gündüz işıq 9,5 sent, gecə 7,4 sent (təxminən), aztəminatlılar üçün gündüz 62 sent, gecə 41 sentdir (Ermənistanda AES fəaliyyət göstərdiyi üçün elektrik enerjisi daha ucuz başa gəlir).

Qarabağda hər kəsin aztəminatlı kateqoriyasına aid edildiyini nəzərə alsaq, ən yüksək halda əhali üçün 1 kVT elektrik enerjisinin dəyəri 5,5 sent edir.

Bu hesabla bir ailənin elektrik sərfiyyatı (insafsızlıq edib, 400 kVT israf etsələr) maksimum 20 dollar ola bilər. Qarabağda təxminən 5 min ailə olduğunu nəzərə alsaq, işıq pulunu dövlət tam ödəsə belə, bu, 100 min dollar edir.

Qaz tarifi: Ermənistanda əhaliyə satılan qazın bir kub/metri 26 sent, (139), aztəminatlılara satılan qaz 21 sentdir. Ortalama 25 sentdən götürsək və qış olduğunu nəzərə alsaq, bir ailənin qaz sərfiyyatı 30 dolları keçmir və bu da maksimum 150 min dollar edir.

Demək, işıq+qaz məsrəfi Qarabağda yaşayan əhali üçün 250 min dollar civarındadır.

Zəruri olaraq qeyd edək ki, bu vəsaitin yalnız əhaliyə ayırıldığı bildirilir. Demək, sosial obyektləri, küçələrin işıqlandırılmasını bura aid edə bilmərik.

250 min dollar kifayətdir ki, Qarabağdakı əhalinin bir aylıq kommunal xərclərini Ermənistan qarşılasın. Bəs, onda niyə 2,7 milyon dollar ayrılıb?

4. Daha sonra vəsaitin 700 min dollar uşaq bağçalarına, 490 min dolları kənd icmalarına dotasiya üçün nəzərdə tutulub. Bu da edir 1 milyon 190 min.

6,4 milyon (əmək haqqı)+2,4 milyon (pensiya)+2,7 milyon (qaz və elektrik)+1,190 milyon (bağça və icmalara yardım) = 12 milyon 690 min.

Amma ayrılıb 27 milyon dollar. Bəs, bu vəsaitin gerisinin hara xərclənəcəyi niyə açıqlanmır?

Ermənistan əslində bu vəsaiti hara ayırıb?

Ayrılan vəsaitlərin təyinatı üzrə bölgüsündə həddən artıq şişirtmələr var. Bu vəsaitin yeyinti üçün nəzərdə tutulduğunu təxmin etmək mümkün deyil – çünki vəsaitin xərclənməsinə nəzarət mexanizmi var.

Bəs, necə olur ki, “nəzarətçilər” – “Hayastan” və “Şərəf Duruyam” blokları bunu normal qarşılayırlar?

Daha bir vacib nüans:

Əhalisi 350 mindən çox olan Naxçıvanın büdcəsi cəmi 294 milyon dollardır.

Nikol Paşinyan isə bəyan etdi ki, 2021-ci il üçün Qarabağdakı ermənilərə 240 milyon dollar ayrılıb, 2022-ci ildə isə bu rəqəm 288 milyon dollar olacaq.

19.800 nəfər əhali üçün bu qədər məbləğin ayrılması realdırmı?

Hətta separatçıların başçısı Araik Artyunyan Qarabağdakı ermənilərin sayının 30 minə düşdüyünü təəssüflə bildirmişdi. Arutyunyanın rəqəmi ilə götürsək belə, bu məbləğin həddən artıq böyük olduğunu görə bilərik.

Belə görünür ki, işıq-qaz, əmək haqqı, pensiya, “və sair” kimi göstərdikləri məbləğ əslində Qarabağa yerləşdirdikləri və hələ də geri çəkmədikləri qanunsuz hərbi birləşmələrin saxlanılmasına, onların texniki təchizatına, o cümlədən gündəlik xərclərinə gedir.

Ermənistan əslində bu gün elan etdiyi rəqəmlərlə Qarabağda hərbi birliklər saxladığını etiraf etmiş olur. Sadəcə, bu vəsaitin “əhaliyə ayrıldığını” elan etməklə, məqsədini gizlətməyə çalışır.

N.Paşinyanın gələn il Qarabağdakı erməni “əhalisinə” ayrılacaq məbləğin daha 44 milyon artacağını və 288 milyona çatdırılacağını deməsi isə Ermənistanın Azərbaycan ərazisində qanunsuz hərbi birləşmələr saxlamağa davam edəcəyi anlamına gəlir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvan Türkiyəni Rusiya ilə müzakirə edir – Qriqoryan

Next Post

Sərnişin avtobusunda korona xəstəsi saxlanıldı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Sərnişin avtobusunda korona xəstəsi saxlanıldı

Sərnişin avtobusunda korona xəstəsi saxlanıldı

52 rayona büdcə ayrılmayacaq – Özləri özlərini dolandıracaq

52 rayona büdcə ayrılmayacaq - Özləri özlərini dolandıracaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.