Ölən erməni əsgərlərinin valideynləri növbəti dəfə aksiya keçiriblər
İrəvanda ölən erməni əsgər anaları növbəti dəfə aksiya keçiriblər.
ANS PRESS-in Epress-ə istinadən verdiyi məlumata görə. analar Ermənistan ordusunun yaranmasının 23 illiyi şərəfinə təntənəli tədbir keçirlən Opera və Balet teatrının binasına hücum çəkiblər.
Analar müdafiə nazir Ohanyandan oğlanlarının ölüm işlərinin düzgün aparılmasını tələb ediblər.
“Onlar əsgər olublar. Fəxri fərman və mükafat alıblar. Bu da onu sübut edir ki, pis əsgər olmayıblar. Onlar məmurları qoruyurdular. Ancaq elə həmin məmurlar onları öldürdülər”, – deyə 2010-cu ildə cəbhədə ölən Valeri Muradyanın anası Nana Muradyan bildirib.
ANS PRESS



