Şəhər prospekti də bağlanıb.
Elchi.az KP.ru-ya istinadən xəbər verir ki, cümə günü, sentyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyana qarşı çıxan vətəndaşlar yenidən etiraz aksiyasına toplaşıblar.
Onlar giriş-çıxışları bağlayaraq İrəvanın mərkəzində hökumətin iclasının keçirildiyi Nazirlər Kabinetinin binasını mühasirəyə alıblar.
Etirazçılar Ermənistanın paytaxtında şəhərin mərkəzini digər ərazilərlə birləşdirən və həmçinin Gürcüstana gedən yola çıxan Myasnikyan prospektini də bağlayıblar. Bu barədə “Ermənistan” müxalifət fraksiyasının üzvü Areqnaz Manukyan sosial şəbəkələrdə bildirib və Yerevanda daha bir neçə küçənin bağlanması ilə bağlı xəbərdarlıq edib.
İrəvanda Dağlıq Qarabağdakı vəziyyətlə bağlı etiraz aksiyaları dördüncü gündür ki, davam edir. İştirakçılar Ermənistanın baş nazirinin istefasını tələb edən şüarlar səsləndirirlər, bu arada o, vəzifəsini tərk etmək niyyətində deyil.
Şayəstə Hüseynova




