Rusiya Baş nazirinin müavini, Üçtərəfli İşçi Qrupun üzvü Aleksey Overçuk İrəvana səfər edib.
Elchi.az Rusiya hökumətinin saytına istinadən xəbər verir ki, Overçuk ermənistanlı həmkarı Mqer Qriqoryanla görüşdə Üçtərəfli İşçi Qrupun fəaliyyəti və Cənubi Qafqazda kommunikasiyaların açılması müzakirə olunub.
Tərəflər Ermənistan-Rusiya iqtisadi münasibətlərini və digər aktual məsələləri də müzakirə edib.
Xatırladaq ki, Aleksey Overçuk Rusiyanın, Mqer Qriqoryan isə Ermənistanın Üçtərəfli İşçi Qrupda təmsilçisidir.






