"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İrəvanda yeni qanun: Qarabağ erməniləri çarəsiz qaldı

02 Noyabr 2021 - 12:23
in MANŞET

Ermənistanda pasportlarla bağlı dəyişiklik təklifi Qarabağdakı separatçıların narazılığına səbəb olub.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 “Azadlıq” radiosu xəbər verir ki, yeni dəyişikliyə əsasən, yeni pasportlarda bundan sonra doğum yeri kimi şəhər yazılması təklif olunur. Qarabağ separatçıları isə hesab edirlər ki, bu, xarici ölkələrə gedəndə onlar üçün problem yarada bilər. Problem isə ondan ibarətdir ki, Qarabağ separatçıları xaricə Ermənistan vətəndaşları kimi viza alıb gedirlər. İndi, məsələn, Azərbaycanın Xankəndi şəhərində doğulan erməninin pasportunda doğum yeri “Stepanakert” yazılmış olsa, ona viza verilməyə bilər.

Artıq pasportlarla bağlı təklif yeni qanun layihəsində öz əksini tapıb. Layihə bu günlərdə Nazirlər Kabinetində təsdiqlənib. İndi parlamentdən keçməlidir.

Qarabağ separatçılarının nümayəndəsi David Babayan dəyişikliyə etirazını bildirir. Babayan deyir ki, hazırkı variant daha yaxşıdır:

“Doğum yeri kimi Ermənistan Respublikası yazılması ən yaxşı variantdır. Ola bilər ki, bəzi vətəndaşlar pasportda doğulduğu kəndi, şəhəri qeyd edəndə viza ala bilməsinlər. Bu məsələlərlə bağlı böyük problemlərimiz var”.

Layihənin müəllifi, pasport və viza idarəsinin keçmiş rəisi Mnatsakan Biçaxçiyan isə deyir ki, vətəndaşa ya yaşadığı, ya da doğulduğu yeri qeyd etdirməklə bağlı seçim veriləcək:

“Vətəndaşa təklif olunacaq ki, doğum yeri kimi ölkə göstərsin. Məsələn, ABŞ, Ermənistan, Fransa və s. Amma vətəndaş özü müraciət etsə ki, mənim doğum yerimi Rusiya yox, Moskva yazın, onda elə də yazılacaq”.

Qarabağ separatçıları isə hətta bu seçim imkanında da problem görürlər.

“Ola bilər ki, vətəndaş o incəlikləri anlamasın. Vətənpərvərlik nöqteyi-nəzərindən desin ki, elə “Stepanakert” yazın. Sabah da adam xəstələnərsə və ya xaricə getmək məcburiyyətində qalarsa, pasportunda “Stepanakert” qeydini görüb viza verməyəcəklər”, – Samvel Babayan deyib.

Qarabağdakı ermənilərin “pasportları” Ermənistan əhalisinin pasportundan ancaq içindəki şifrələrlə fərqlənir. Babayan iddia edir ki, hətta bunun özü də indi onlara problem yaradır. Deyir ki, bəzi ölkələr Qarabağ ermənilərini öz ərazisinə buraxmır.

“Ona görə ki, Azərbaycan lobbiçilik edir. Müxtəlif ölkələrə rüşvət verir ki, kim Qarabağdandırsa, ona viza verməyin. Bu hadisərlə bir çox ölkələrdə qarşılaşmışıq. Hətta inkişaf etmiş ölkələr arasında da elələri var ki, qeydiyyat yerini görüb viza vermirlər. Nədir, qarabağlılar terrorçudur? Biz indi yaxşı düşünməliyik. Əgər bu maneələr yaradılacaqsa, bu dəyişikliyə getməməliyik. Ən düzgünü budur ki, hamısına Ermənistan Respublikasının vətəndaşı yazaq. Bizim idmançılar xaricə getməlidir, onlara da viza vermirlər”, – Qarabağ separatçısı bildirib.

Dəyişikliyin müəllifi Biçaxçiyanın sözlərinə görə isə onlar artıq Xarici İşlər Nazirliyindən təklifə müsbət rəy alıblar.

Babayanın narahatlığı başadüşüləndir. Çünki Babayan və onun kimi Xankəndi və Qarabağın digər yerlərində məskunlaşan separatçıların əl-qolu bağlanır. Bundan sonra onların rahat şəkildə xaricə getməkləri çətinləşəcək. Pasport dəyişikliyi zamanı Qarabağdakı ermənilər seçim etməli olacaqlar: ya onlar pasportlarında doğum yeri kimi Xankəndi yazdıracaqlar, bu halda onların xaricə səfərlərinin üstündən xətt çəkiləcək, ya da doğum yeri kimi Ermənistan yazdırıb, Qarabağla vidalaşacaqlar.

Qarabağda yaşayan ermənilər üçün ən doğru seçim isə əlbəttə ki, Azərbaycan pasportuna malik olmaqdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ötən ay 81 xarici diplom tanınmayıb

Next Post

Azərbaycanda ölmüş şəxsi bir il “gizlədib” pensiyasını aldılar

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Azərbaycanda ölmüş şəxsi bir il “gizlədib” pensiyasını aldılar

Azərbaycanda ölmüş şəxsi bir il “gizlədib” pensiyasını aldılar

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.