Xankəndidəki yanacaq stansiyasında partlayış nəticəsində yaralanan erməniləri daşımaq üçün göndərilən ilk helikopter Xankəndiyə enib.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralılar helikopterlər vasitəsilə İrəvandakı tibb müəssisələrinə aparılır.
Qeyd edək ki, ötən gün Xankəndi-Əsgəran yolu üzərindəki yanacaq məntəqəsində partlayış olub. Partlayışda 20 nəfərin öldüyü, 290 nəfərin yaralandığı bildirilir.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




