İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində 400 min litr qanunsuz yanacaq daşıyan 5 gəmini ələ keçirib.
Elchi.az Trthaber-ə istinadən bildirir ki, İran Fars körfəzi sahillərində 400 min litr qeyri-qanuni yanacaq daşıyan 5 gəmini ələ keçirib.
İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) Dəniz Qüvvələrinin 4-cü Regional Komandiri Məhəmməd Hüseyn Bargahi bildirib ki, sözügedən gəmilər İran İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ələ keçirilib və gəmilərdə olan 33 ekipaj üzvü həbs edilərək təhvil verilib.
Bargahi gəmilərin kimə aid olduğu və ekipajın milliyyəti barədə məlumat paylaşmayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun 4-cü bölgə donanmasının milli qaynaqları qorumaq və yanacaq qaçaqmalçılığının qarşısını almaq üçün tədbirlər gördüyünü ifadə edən Bargahi, “İlin başından bu yana donanmamız qaçaq yanacaq daşıyan 10 gəmini ələ keçirdi və 800 min litrdən çox qaçaq yanacaq ələ keçirdi”,-deyə vurğulayıb.
Yeganə






