İranın şimalındakı Astara şəhərində baş verən daşqın nəticəsində 7 nəfər xəsarət alıb.
Elchi.az xəbər verir ki, bu barədə Astara valisi Məhəmməd Rza Şahabzadə məlumat verib.
“Şəhərə yağan güclü yağış daşqınlara səbəb olub. Sel nəticəsində körpüdə olan iki avtomobil çaya düşüb, 7 nəfər yaralanıb”, – o bildirib.
Qeyd edək ki, şəhər boyu axtarış-xilasetmə işləri davam edir.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...





