“Bu gün İranın Ermənistanı necə yüksək səviyyədə dəstəklədiyini görürük. Müsəlman ölkəsi olan və əhalisinin 40 milyondan artıq vətəndaşı Azərbaycan türkü olan İran rəsmilərinin düşmən Ermənistanla müttəfiqi olduğunun hər birimizi şahidiyik”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, İran Azərbaycanı qorxunc fenomen və potensial təhdid kimi qəbul edir:
“Çox böyük səhvə yol verirlər. Hətta açıq şəkildə “Azərbaycan və Naxçıvan İrana ilhaq edilməlidir” kimi fikirlər söyləyirlər. İranın Azərbaycan qarşı məkrli siyasət aparır, adlarını müsəlman qoyan mollalar müsəlmanın başını kəsən, məscidində donuz saxlayan ermənilərə hər cür dəstək verirlər. Bunun nəyi müsəlmançılıq oldu? İslam dini altında gizlənirlər. Hələ bir bizi təhdid edib “Qafqazda sərhədlərin dəyişdirilməsinin qırmızı xətt olması” kimi bəyanatlar verirlər. Bu mollalar niyə başa düşmür ki, biz öz sərhədlərimizi bərpa edirik. Bundan siz niyə narahat olursunuz ki?!
Onsuz da çox yaxşı bilirik ki, Vətən müharibəsi dönəmində ermənilərə maddi və hərbi-texniki dəstək göstərmisiniz. İndi də həmin dəstəyin davam etdirilməsindən xəbardarıq, dron təlimlərinin keçirilməsi və Ermənistana veriləcəyini bilirik. Mollalar unutmamalıdılar ki, İranda yaşayan 40 milyon azərbaycanlıların aqibətinin pis olmasına, milli fəalların həbs edilməsinə, 50 milyonluq dünya azərbaycanlılarının da ciddi narahatçılığına səbəb olurlar”.
N.Orduxanlının sözlərinə görə, Cənubi Azərbaycan müstəqil dövlətini yaratmaq 40 milyonluq türkün həmişə ümdə amalları olub:
“Tarixən Təbriz “Səttarxan”, “Xiyabani”, “Pişəvari” hərəkatlarının məkanı olub. Bu gün də Azərbaycan sevdası ürəklərdə yaşamaqdadır. “Traktorsazi” futbol komandasının oyunlarında səsləndirilən mahnılar, şüarlar bunu ifadə edir. “Baku, Tebriz, Ankara-Biz hara, farslar hara” şüarlarının da nə olduğunu çox yaxşı bilirlər. İranda yaşayan 40 milyonun Azərbaycan sevdası ürəklərdə yaşayır, Azərbaycan dilində şeirlər yazılır və farslara öz münasibətlərini bu şəkildə göstərirlər. Bütün bunları çox yaxşı başa düşürük”.
Yeganə






