“Ermənistan İran münasibətlərinin məhz İranın təşəbbüsü ilə daha da möhkəmləndirilməsinə edilən cəhdlər əlbətdə ki, ümumillikdə türk düşmənçiliyi və müsəlman düşmənçlikdən qaynaqlanır. İran İslam respublikası adlanandırdığımız ölkə, dünyada İslam dininin ən böyük düşmənidir”- bu sözləri Elchi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O, həmçinin qeyd edir:” Həmin dövlət o səbəbədən, məscidlərimizi xaraba qoymuş, orada donuz saxlamış Ermənistanla birləşərək türklərə qarşı koalisiya yaradıb. Onlar çalışır ki, həm Türkiyənin, həm Azərbaycanın başı gərəksiz işlərə qarışsın. Onlar bir şeyi görə bilmirlər ki, istər Azərbaycan, istərsə Türkiyə bir deyil, on İran, yüz Ermənistan belə gəlsə öz yolundan dönən deyil. Onların cəhd edib belə üstümüzə gəlməsi boşuna enerji sərfiyyatından başqa bir şey deyil”.
Havar Şəfiyeva





