İslam Dövləti liderinin baş hərbi müşaviri general-mayor Yəhya Rəhim Səfəvi bildirib: “Biz Əl-Əqsa hücumunu dəstəklədiyimizi bəyan edirik və əminik ki, Müqavimət Cəbhəsi də bunu dəstəkləyir”.
Elchi.az bu barədə Reuters.com-a istinadən bildirir.
Səfəvi “Əqsa tufanı” əməliyyatını dəstəklədiyini bildirib və deyib: “Biz Fələstin və Qüdsün azad edilməsinə qədər Fələstin mücahidlərinin yanındayıq. Biz fələstinli uşaqların sionistlər tərəfindən kütləvi şəkildə öldürülməsinin şahidiyik. Sionistlər tərəfindən fələstinli uşaq və yeniyetmələrin qətli beynəlxalq təşkilatların sükutu altında həyata keçirilir və beynəlxalq təşkilatlardan heç bir cavab görmürük”, – deyə o bildirib.
O, həmçinin bildirib ki, fələstinli uşaqlar sionist rejimin həbsxanalarında ruhi və fiziki işgəncələrə məruz qalırlar və hətta bəzi fələstinli uşaqlar sionist rejim tərəfindən ev dustaqlığında və ya deportasiya olunurlar.
Yeganə





