Suriyada dirəniş cəbhəsinin əsas məqsədi bu ölkənin bütövlüyünü qorumaqdır.
Bunu jurnalistlərə açıqlamasında İran İslam İnqilabı Keşikçilər Korpusunun rəsmi nümayəndəsi general Ramazan Şərif söyləyib. O, Türkiyənin Suriya siyasətini yenidən nəzərdən keçirməli olduğunu bildirib:
“Ankara Suriya xalqı və hökumətinə hörmət bəsləməlidir. Bunun sayəsində Türkiyə müzakirələrdə mühüm rol oynayacaq”.




