İran təhlükəsizlik qüvvələrinin sözçüsü Press TV-yə bildirib ki, İran Pakistan hava qüvvələrinin öz ərazisinə endirdiyi zərbələrlə bağlı Pakistandan izahat tələb edib. Elchi.az xəbər verir ki, mesaj kanalın “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
İran kəşfiyyat rəsmisinin sözlərinə görə, İran Pakistandan ölkənin sərhəd bölgələrində həyata keçirilən raket hücumları ilə bağlı dərhal izahat tələb edib.
Qeyd edək ki, Yanvarın 18-i səhər saatlarında Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətləri Pakistan raketləri və pilotsuz təyyarələrinin hücumuna məruz qalıb. Zərbələr nəticəsində bir neçə yerli sakin xəsarət alıb, başqa təfərrüatlar verilmir.
Havar Şəfiyeva






