“Azərbaycanın müstəqillik qazandığı ilk vaxtlardan İran öz düşmənçilik mövqeyini bizə göstərdi. Xəzər dənizində bizim hava sərhəddimizi pozmaqla güc göstərişi etdi. Türkiyə buna “Türk şahinləri”nin Bakı səmasında cavab göstərişi ilə qarşı cavab verdi və Azərbaycanın yanında olduqlarını göstərdilər”.
Bu fikirləri Elchi.az-a açıqlamasında politoloq Azər Qasımov söyləyib.
Onun sözlərinə görə, indi həmin dövrdən çox zaman keçib. Azərbaycan həmin Azərbaycan deyil:
“Torpaqlar da azad edilib. İran isə iranlığından qalmır. Həm Arazın o tayında, həm bu tayında Azərbaycan xalqına qarşı pisliklərindən əl çəkmir. O taydakı qardaşlarımızı həbs edir, edam edir, azadlıqlarını əllərindən alır, Urmu gölünü məqsədli şəkildə qurudur. Arazın bu tayına da narkotik, molla ideologiyası yayır, Ermənistana açıq və hərtərəfli dəstək verir. Hədələyici bəyanatlar verir.
İranın belə davranışının məlum səbəbləri çoxdur. Əksəriyyəti də məlumdur. Əsas odur ki, İran fars rejimi bilə-bilə ki, bu şəkildə davranış gec-tez onların əleyhinə çevriləcək, yenə də buna davam edir. Niyə?
İlk öncə fikirləşmək olar ki, İran bizdən çəkinmir, öz gücünə də arxayındır. Bu, məqbul versiyadır. Amma bu, sona qədər doğru ola bilməz, çünki Iranın ən zəif yeri Azərbaycandır. Azərbaycanlıları bu qədər qıcıqlandıran hərəkət etmək üçün daha güclü amilə arxayın olmaq lazımdır. Deməli, başqa səbəb var.
Səbəb, hesab edirəm ki, İran fars rejiminin axmaqcasına Azərbaycan türklərinin gücünün və ağlının bu rejimi yıxa biləcəyinə inanmamasıdır. Onlar Türk millətini gerizəkalı, ağılsız millət kimi hesab edirlər. Ona görədir ki, tez-tez Türkləri aşağılayan proqramlar hazırlayıb, bunu açıq şəkildə deyirlər. “Diş flrçası ilə tualet fırçasının fərqini türklərin bilmədiyi” deyilən proqram yadımızdan çıxmayıb.
İran üçün artıq geriyə yol yoxdur, çünki geriyə yollar artıq yandırılıb və öz xislətlərini bəlli ediblər. Səttərxan, Pişəvəri hərəkatlarının davamçılarının bu dəfə ayağa qalxıb, İran fars mollalarını tarixin zibilliyinə atmaması üçün heç bir səbəb qalmayacaq”.
Yeganə






