“İran prezidenti İbrahim Rəisi bildirib ki, ölkə İsrailin cinayətlərini cavabsız qoymayacaq”.
Elchi.az bu barədə En.mehrnews.com-a istinadən xəbər verir.
Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi müşavirlərinin öldürülməsinə münasibət bildirən Rəisi İsrail qüvvələrinin təcavüzünü pislədiyini bildirib.
“Sionist cinayətkarların bu cür əməllərinin davam etməsi onların öz pis məqsədlərinə çatmaqda acizliyini, həmçinin müqavimət qüvvələri ilə mübarizədə çarəsizliyini və acizliyini göstərir”.
İran prezidenti həmçinin İslam İnqilabının rəhbəri, müqavimət qüvvələri, İran xalqı və İslam İnqilabı Keşikçiləri Korpusunun şəhid olan müşavirlərinin ailələrinə başsağlığı verib.
Rəisinin sözlərinə görə, işğalçı sionist rejimin son cinayətləri ABŞ-ın dəstəyi və beynəlxalq təşkilatların susqunluğu ilə həyata keçirilir”.
Yeganə






