"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İran kanalı Bakıdakı casus şəbəkəsini özü ifşa etdi

05 Noyabr 2022 - 14:59
in GÜNDƏM

İranın “Səhər” kanalının Azərbaycan haqqında hazırladığı və daha çox öz fəaliyyətlərini tənqid etmək kimi görünən verilişdə səslənən fikirlər iki suala cavab verir:
Birincisi, İran şiəlikdən necə siyasi alət kimi istifadə edir və Azərbaycana qarşı planları nədir;
İkincisi, İranın Azərbaycandakı casus şəbəkəsini harada axtarmaq lazımdır?!
Verilişdə qeyd olunur ki, İran 30 il vaxt itirdi, mövqeləri zəiflədi və Azərbaycanda potensial şiə hərəkatı boşa çıxdı.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

  • İndi Azərbaycanda İran hər gün ittiham olunur: İrana qarşı ittihamlara cavab verəcək adamları bu illər ərzində Azərbaycanda yetişdirmək mümkün deyildi? Bir qrup şəxsdən başqa heç kim etmir;
  • İranda təhsil alan, İmam Mehdinin “çörəyini yeyən” minlərlə tələbə haradadır?
    Bu, molla rejiminin İranda təhsil alan tələbələrə potensial təsir agenti kimi baxdığının etirafıdır: mollalar “İmam Mehdinin çörəyi”ni yeyən tələbələrindən dəstək istəyir, eyni zamanda, hələ də “bir qrup şəxsin” onların təsirində olduğunu deyirlər.
    Və belə etiraf Azərbaycan dövlətini dini təhsil məsələsinə daha da həssas yanaşmasını zəruri edən amildir.
  • İranın pulu ilə Azərbaycanda yaradılan xəbər saytları indi Ankara və Bakını niyə təbliğ edir?
    Molla rejimini təbliğ edən media resurslarının sayları azalsa da, olduğunu bilirik. “Səhər” telekanalı bunu etiraf edir. Bu media orqanlarının “Ankara və Bakını təbliğ etməsi”nə İranın uğursuzluğu kimi baxmaq olar, lakin o da istisna deyil ki, bunu şəraitə uyğun edir və bu yolla özlərini gizlədirlər.
  • Küçələrdə İrana dəstək verəcək on minlərlə dindar haradadır?
    İran Azərbaycandakı dindarları öz tərəfdarı kimi təqdim edir, lakin dindar olmaq “İran casusu” olmaq demək deyil: molla rejiminin bu tezisində hədəfi bütün inanclı azərbaycanlılar haqda şübhə toxumu səpmək, onları hədəfə çevirmək məqsədi daşıya bilər; inanclı kəsim molla rejiminə qarşı mövqeyi ilə öz tərəfini seçməli və başqa ölkənin onlardan siyasi alətə kimi istifadə cəhdinə imkan verməməlidir.
  • Azərbaycanın təhlükəli olduğunu başa düşdük, bəs Rusiya və İranda yaşayanlar hardadır, niyə susurlar?
    Mollalar Cənubi Azərbaycandakı soydaşlarımızı Bakıya qarşı qaldırmaq, dini kimliyin milli kimliyin önünə keçməsinə nail olmaq istəyirlər. Burada əsas diqqətçəkən məqam “Rusiyadakı azərbaycanlılardan” dəstək istəmələridir. İranın Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandakı soydaşlarımızı da öz təsirinə salmaq istiqamətində çalışdığı, müəyyən nəticələr əldə etdiyi də bəllidir.
    Borçalıda tərəfdarları var, o cümlədən, Rusiyada, xüsusilə Moskvada azərbaycanlıların ibadət etdiyi məscidlərdə İran təbliğatının güclü olduğunu bilirik. İstisna deyil ki, İran Azərbaycanla qarşıdurmada Rusiyada və Gürcüstanda yaşayan azərbaycanlı tərəfdarlarından da istifadə etməyə çalışacaq.
    Etiraflardan ibarət olan bu çağırışların hədəfinin Azərbaycanda dindar kəsimi “İranın müdafiəsi” məqsədilə hərəkətə keçirmək olması ehtimalı da nəzərdən qaçmamalıdır.
    Asif Nərimanlı
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bazar günü hava necə olacaq?

Next Post

Fuad Oqtay Şuşaya getdi

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Fuad Oqtay Şuşaya getdi

Fuad Oqtay Şuşaya getdi

ABŞ-da sabah oynanılacaq lotereyada cekpot 1,6 milyard dollardır

ABŞ-da sabah oynanılacaq lotereyada cekpot 1,6 milyard dollardır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.