İran və Azərbaycan arasında mətbuat tərəfindən yaradılan bəzi anlaşılmazlıqlar geridə qalıb.
Elchi.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında İran şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazisində yenidənqurma işlərində iştirakla bağlı suala cavabında deyib.
O qeyd edib ki, ki, mətbuat xarici əlaqələr sahəsində məsuliyyətli davranmalıdır.
Onun sözlərinə görə, İran və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi haqqında razılıqlar əldə olunub: “Hazırda Fars Körfəzindən Qara dənizə kimi olan dəhlizlə bağlı Azərbaycanla koordinasiya işləri aparılır”.






