"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İran Livandakı erməni təşkilatları ilə işbirliyində

03 Dekabr 2022 - 16:07
in GÜNDƏM, MANŞET

İranın cinayətkar molla rejimi bütün istiqamətlərdən Azərbaycana qarşı təxribatlarını davam etdirir. Harada ölkəmizin maraqlarına qarşı fəaliyyət varsa, harada Azərbaycan və Türkiyə əleyhinə terror, diversiya planları hazırlanırsa, “İran” adlanan şər yuvasının emissarları orada “zuhur” edir, təxribatlara hərtərəfli dəstək göstərməyə çalışırlar.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Molla rejimi ilə bağlı gündəlik araşdırmalarımı davam etdirirkən diqqətimi Livanın Milli Xəbər Agentliyinin internet resursunda noyabrın 26-da yayımlanan bir xəbər çəkdi. Xəbəri olduğu kimi təqdim edirəm: “Livandakı Erməni Katolik Kilikiya Evinin katalikosu, patriarx Rafail Bedros XXI Minassiyan Beyrut arxiyepiskopu Georgi Assaduryan, Türkiyənin Erməni Katolik Yeparxiyasının keçmiş arxiyepiskopu Georgi Xozomyan və digərlərinin iştirakı ilə İranın Livandakı səfiri Moctaba Amani ilə görüşüb. Səfirin dostluq ziyarəti Livandakı İran səfirliyi ilə erməni patriarxlığının dostluq əlaqələrinin genişləndirilməsi ilə bağlı olub. Bir saatdan çox davam edən görüşdə tərəflər İranla Ermənistan arasındakı əlaqələri, o cümlədən Ermənistanın qarşılaşdığı çoxsaylı çağırışlara qarşı İranın dəstəyini müzakirə ediblər”.

Təfərrüatına varmayacağam, amma Livandakı erməni kilsələrinin erməni terrorizminin əsas ideya və dəstək mərkəzlərindən biri olduğunu, düşünürəm ki, təkrarlamağa ehtiyac yoxdur. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinə göndərilən muzdlular və terrorçularla bağlı əlaqələndirici missiyasını yerinə yetirən mərkəzlərdən biri də Erməni Kilikiya Evi və Beyrutdakı arxiyepiskopluq olub. Patriarx Rafail Bedros və Beyrut arxiyepiskopu Assaduryan həm İkinci Qarabağ müharibəsində ölkəmizə terrorçuların göndərilməsi, həm də vaxtilə işğal altında olan ərazilərimizdə, o cümlədən Laçında Livandan olan ermənilərin məskunlaşdırılması prosesinə rəhbərlik ediblər. Muzdlular və terrorçular üçün maliyyə vəsaitlərinin bir hissəsi də, məhz Beyrut arxiyekiskopluğunda toplanılıb. İranın Livandakı səfirinin Erməni Katolik Kilikiya Evində keçirdiyi görüşdə diqqət çəkən məqamlardan biri də Türkiyənin Erməni Katolik Yeparxiyasının keçmiş arxiyepiskopu Georgi Xozomyanın iştirakı ilə bağlıdır. Görünür, İran ermənilərlə birlikdə, təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyə əleyhinə ortaq təxribat planları üzərində işləyir və bu prosesi erməni terror təşkilatlarının, o cümlədən ASALA-nın yerləşdiyi Luvan üzərindən həyata keçirmək niyyətindədir.

Elçin Mirzəbəyli

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya sülhməramlıları azərbaycanlılarla fəal danışıqları davam etdirir

Next Post

DÇ-2022: Son 24 ilin antirekordu…

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Next Post
DÇ-2022: Daha 2 qrupda mübarizəyə start veriləcək

DÇ-2022: Son 24 ilin antirekordu...

Ərdoğan: Türkiyə cənub sərhədləri boyunca təhlükəsizlik zolağını mütləq tamamlayacaq

Ərdoğan: Türkiyə cənub sərhədləri boyunca təhlükəsizlik zolağını mütləq tamamlayacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.