“Neft bazarı aparıcı istehsalçıların hasilatı azaltmasına yaxşı reaksiya verir”.
Bunu OPEC prezidenti, Qətərin energetika naziri Məhəmməd bin Saleh əs-Sada “France-Presse” agentliyinə açıqlamasında deyib.
“Mən hesab edirəm ki, mövcud vəziyyətə görə bazar yaxşı reaksiya verir və təklifin azalması müşahidə olunur”.
İranın neft naziri Bican Zanqane isə bildirib ki, OPEC bu il ərzində hasil olunan neftin həcmini bir qədər də azaltmalıdır. Nazirin fikrincə. bu məsələ müzakirə olunmalı və qiymətləndirilməlidir.




