"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İran prezidenti Avropanı heyrətləndirməkdə davam edir: “Şərab məsələsi” prezidentlərin naharını pozdu

28 Yanvar 2016 - 09:48
in XƏBƏR LENTİ

ruhani-22.jpgFransa və Avropa qəzetlərinin yazdığına görə, Fransa prezidenti Fransu Olland və bu ölkədə səfərdə olan İran prezidenti Həsən Ruhaninin əvvəlcədən planlaşdırılmış nahar yeməyi baş tutmayıb. Buna səbəb Yelisey sarayının şərabı naharın menyusundan çıxarmaması olub.

Belə bir xahişlə İran tərəfinin protokol xidməti Fransa rəhbərliyinə hələ səfərdən xeyli əvvəl müraciət etmişdi.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Qəzetlər yazırlar ki, iki ölkə arasında liderlərin qarşılıqlı səfər etmədikləri son 17 ildən sonra Həsən Ruhani Parisdə tək nahar etməli olub.

 

Romada heykəlləri “abıra” salmışdılar

 

Bundan bir gün əvvəl İtaliyada hökumətin rəsmi ziyafətdə şərabı menyudan çıxarması siyasətçilərin və bir sıra siyasi şərhçilərin qəzəbinə səbəb olmuşdu. 

İtaliyada baş nazir Matteo Renzinin hökuməti iranlı qonağın xətrinə protokolu pozmaqda bir az da “irəli” getmişdi. Ziyafətin verildiyi Kapitolina muzeyinin dəhlizlərində çılpaq Roma ilahələrinin heykəllərini əvvəlcədən örtmüşdülər.

İtaliya müxalifəti Renzini yaltaqlıqda və dünyəvilik prinsiplərini satmaqda ittiham edirdilər.

Bəzi şərhçilərin yazdığına görə, İtalıya hökuməti sadəcə olaraq İranla bağlanmalı olan 17 milyard dollarlıq ticarət kontraktlarını risk qarşısında qoymaq istəməmişdi.

Sonradan İtaliyanın mədəniyyət naziri nə onun, nə də baş nazirin çılpaq heykəllərin örtülməsi planlarından xəbəri olmadıqlarını deyib.

 

“Kompromis” də baş tutmayıb

 

Lakin indi belə görünür ki, Paris bəzi Fransa qəzetlərinin yazdığı kimi, “respublika dəyərlərini İslam respublikasının qarşısında qurban vermək istəməyib”.

Mətbuat yazır ki, İranda alkoqollu içkilərin nəinki özü, hətta adlarının hər hansı nəşrlərdə çəkilməsi belə, qadağandır.

Fransa qəzetləri yazırlar ki, Paris şərab məsələsində “kompromis variant” kimi nahar yeməyini səhər yeməyi ilə əvəzləməyi təklif edib. Lakin bu dəfə təklif iranlılar tərəfindən qəbul olunmayıb.

 

Ticarət ticarət yerində, amma…

 

Həsən Ruhani cümə axşamı Parisdə Fransa-İran biznes forumunu keçirməlidir. Burada onun Total vəAirbus şirkətlərinin rəhbərləri ilə üzbəüz danışqıları nəzərdə tutulub. İran Airbus şirkətindən 114 təyyarə almaq niyyətindədir.

Fransa İtaliya ilə müqayisədə və ümimilikdə Avropada İrana qarşı daha sərt mövqeyi ilə seçilir.

“Doğrudur, İran beynəlxalq icmaya qayıdıb, lakin bu o demək deyildir ki, biz hər bir məsələdə, xüsusilə də Suriya məsələsində razılaşırıq” – deyib Fransanın xarici işlər naziri Laurent Fabius.

Bu da xəbər verilir ki, cənab Olland iranlı həmkarı ilə görüşündə İranda insan haqları və edamlar məsələsini qaldıracaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Azərbaycanda bankların çoxu müflis olub`

Next Post

Azərbaycan hakimiyyəti xaricə üz tutdu: Təcili 4 milyard dollar kredit alınması üçün danışıqlar başlayır!

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycan hakimiyyəti xaricə üz tutdu: Təcili 4 milyard dollar kredit alınması üçün danışıqlar başlayır!

`Korrupsiya ilə mübarizədə məqsəd kiməsə xoş gəlmək deyil` - Vüsal Hüseynov (MÜSAHİBƏ)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.