
“Sanksiyalar aradan qaldırılmasa, İran “altılıq” ölkələri ilə nüvə proqramına dair sazişi imzalamayacaq”.
APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İran prezidenti Həsən Ruhani çıxış edib.
Qeyd edək ki, ötən həftə Lozannada İranla “altılıq” ölkələri arasında İranın nüvə sənayesinin dinc məqsədlərlə istifadəsinə dair razılaşma əldə olunub. Bu sazişə əsasən, İran nüvə silahı əldə etmək fikrindən daşınır, anca nüvə enerjisindən dinc məqsədlərlə istifadə etməsinə yol verilir. Bunun əvəzində İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılmalıdır. ABŞ həmin sanksiyaların tədricən aradan qaldırılacağını bildirir. İran isə bütün sanksiyalara tezliklə son qoyulmasını tələb edir.



